Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb.
Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb. Böyük Britaniyada yerləşən "Rho Motion" araşdırma şirkəti tərəfindən açıqlanan 2024-cü il üçün elektrik avtomobili satışları ilə bağlı məlumata görə, elektrik avtomobili satışları 2023-cü illə müqayisədə keçən il qlobal miqyasda 25 faiz artıb. SİA-nın məlumatına görə, bu artımla qlobal miqyasda 2024-cü ildə 17,1 milyon elektrikli avtomobili satılıb.
Keçən il elektriklə işləyən avtomobil satışı 17,1 milyon olub ki, bunun da 11 milyonu Çində, 3 milyonu Avropada, 1,8 milyonu ABŞ və Kanada bazarlarında, 1,3 milyonu isə qalan regionlarda qeydiyyata alınıb.
Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb.