"TEKNOFEST" 2025-ci ildə Şimali Kıbrıs Türk Cümhuriyyətində (ŞKTC) texnologiya həvəskarlarını bir araya gətirəcək. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
"TEKNOFEST"-dən verilən açıqlamaya görə, bu il texnologiya və innovasiyada yeni zəmin yaradacaq yeni yarışların keçiriləcəyi tədbir 1-4 may tarixlərində Ercan Hava Limanı Köhnə Terminal Binasında keçiriləcək.
ŞKTC-də yarışlar 7 əsas kateqoriya və 14 alt kateqoriya üzrə keçiriləcək.
Sosial İnnovasiya Yarışması ilə sosial faydanı artırmağı hədəfləyən gənclər sosial məsuliyyət hissi ilə innovativ həllər təqdim edəcəklər.
Türkiyə Cümhuriyyəti Prezident Administrasiyasının Müdafiə Sənayesi Baş İdarəsinin sədri Haluk Görgün "X" hesabında paylaşım edərək deyib:
"Kıbrısdan ucalan bu qığılcım milli texnologiya təşəbbüsümüzün işığını dünyaya daşıyacaq. 1-4 may tarixlərində #TEKNOFEST Kıbrısda görüşürük. Müdafiə sənayemizin inkişafında strateji əhəmiyyət kəsb edən və birlikdə olduğumuz Kıbrıs "TEKNOFEST" ilə yerli və milli texnologiyalarımızın görüş mərkəzi olacaq. Bu böyük həyəcanı gənclərimizlə bölüşmək və yeddidən yetmişə qədər hər kəsi öz aramızda görmək istəyirik".
"Baykar" şirkətinin "X" hesabında isə "Uçuş təqvimi yaradıldı. May ayında #TEKNOFEST ŞKTC-də olacağıq" yazıb.
Pekinin yeni bir problemi var...
İqtisadi problemlər aradan qalxmayacaq və Silahlı Qüvvələrin zərbələri dayanmayacaq...
Rusiyanın Avropa ilə müharibəsi partlayışlar və bombalamalarla dolu Hollivud şousu deyil...
Hər ikisi qərarlarının nəticələri ilə üzləşir...
Kanada başqasının qaydaları ilə oynamağı dayandırmalı və bazarını investisiyalara açmalıdır...