Analitika

  • 4 191

Bayraq yandıran ruhi xəstələr və İRƏVANA dönəcək AZƏRBAYCANLILAR! TƏRS BAXIŞ+ÖZƏL

image

Erməni revanşistlərdə faşizm ideologiyası mövcuddursa, Azərbaycan xalqında bu ideologiyanı məhv etmək gücü-qüdrəti vardır!

Ermənilərə bayrağın yandırılmasının doğru qərar olmadığını anlatmaq 6 nömrəli palatadakı xəstəyə (psixonervoloji dispanserlərdə ruhi xəstələr üçün xüsusi otaq) onun Napaleon olmadığını anlatmaq kimi bir şeyə bənzəyir.Və əgər bunu kütlə edirsə, onda həmin kütlənin təmsil olunduğu millətin gələcəyinə ümidsiz baxırsan. Dəqiqləşdirirsən, hətta 100% əmin olursan ki, belələri həqiqətən də gorlarına sağ baş aparanlara oxşamırlar.Bir neçə gün əvvəl, aprelin 24-də İrəvanda Azərbaycan və Türkiyə dövlətlərinin bayraqlarının böyük canfəşanlıqla, coşqu ilə yandırılması və beləliklə, “öclərin alınması”, xəyallarda “qələbənin qazanılması” görüntüsünün nümayişi həmin məxluqların insan deyil, ən yaxşı halda insanlığa namizəd olduqlarını daha çox sərgiləyir.
Üstəlik, İrəvanın mərkəzində Hitlerə nökərçilik etmiş kollaboranist Qaregin Njdenin abidəsinin də ucaldığını xatırlasaq...
O cümlədən, əsasən keçmiş hakimiyyət təmsilçilərinin – Serj-Robert cütlüyünün Paşinyanı devirmək üçün başlatdıqları “mübarizənin” daha bir üsulu məşəllərlə etiraz yürüşlərinə çıxmalarıdır. Həmin yürüşlər isə keçmişin bir reallığını xatırladır – Almaniya faşizminin çiçəklənən dövrünü. Sovet adamları yaxşı xatırlayar, bir vaxtlar SSRİ-nin mərkəzi televiziyasında hər il 21 iyun və 9 may ərəfələrində İkinci dünya müharibəsinə həsr edilmiş bədii filmlərlə yanaşı, məxsusi olaraq “Adi faşizm” (“Obıknovennıy faşizm”) adlı sənədli film göstərilirdi və həmin filmdə faşizm ideologiyasının məhz məşəl yürüşləri sayəsində güclənməsini əks etdirən kadrlar göstərilirdi.Bax, bu gün Ermənistanda uzun illərdən bəri davam edən faşizm ideologiyası da buna bənzəyən bir hal kimi qiymətləndirilə bilər. Üstəlik, İrəvanın mərkəzində Hitlerə nökərçilik etmiş kollaboranist Qaregin Njdenin abidəsinin də ucaldığını xatırlasaq, bu zaman hər şey öz yerini tutar. Və beləliklə, Ermənistanı bürüyən məşəl yürüşü faşist Almaniyasının məşəl yürüşləri ilə bilavasitə assosiativ paralellik yaradır.
Əcəba, 6 nömrəli palatanın erməni sakinləri Azərbaycanla Türkiyənin bayraqlarını yandırıblar, yoxsa sülhə və tərəqqiyə aparan yolun üzərindəki körpünün möhkəmlənməmiş dayaqlarını?
İndi bütün bunlarla yanaşı həm də belə bir sual verilə bilər ki, əcəba, 6 nömrəli palatanın erməni sakinləri Azərbaycanla Türkiyənin bayraqlarını yandırıblar, yoxsa sülhə və tərəqqiyə aparan yolun üzərindəki körpünün möhkəmlənməmiş dayaqlarını? Təbii ki, yandırılan sülhə və inkişafa aparan körpüdür, amma eyni zamanda, yandırılan, oda vurulan həm də elə həmin xəstə məxluqların öz taleləri, gələcəkləridir.Yeri gəlmişkən, diqqət çəkən məqamlardan biri də qondarma xrsitian adından yalnız öz kirli idbarlı məqsədləri üçün istifadə edən erməni apostol kilsəsinin bayraqların yandırılmasına qarşı ən azından yüngül irad bildirməməsi də oldu. Bu da sübut etdi ki, başqalarının torpaqlarına ərazi iddialarının sürülməsinin, müharibə fətvalarının verilməsinin təməlində dayanan daha bir qüvvə birbaşa erməni kilsəsi olub. Fakt budur ki, bütün dinlərin sülhə çağırışı mövcuddursa, ermənilərin “məzhəblərində” belə bir şey yoxdur, əksinə, müharibəyə çağırış kimi şeytani münasibətlər var!Və bu gün rəsmi İrəvanın nə Bakıdan, nə də Ankaradan diplomatik etika xətrinə üzr istəməsi kimi fikri də mövcud deyil, eləcə də müxalifətçi revanşistlərin həmin əməllərinə qarşı hüquqi addımların atması mümkün görünmür. Əksinə, bu fonda Ermənistanda Azərbaycanın əzəli torpaqlarına qarşı iddialar daha da artmağa başlayıb. Belə olan vəziyyətdə Rusiyanın prezidenti Vladimir Putinin bir ifadəsi xatırlana bilər. Putin Rusiyanın Ukraynaya hərbi müdaxiləsi barədə danışarkən bildirib: “Əgər bu və ya digər respublika Sovet İttifaqına daxil olurdusa o öz başqajına nəhəng miqdarda rus torpaqları əlavə edirdi, ənənəvi rus tarixi ərazilərini. Sonra isə birdən-birə SSRİ-dən çıxmaq qərarını verirsə, onda gəldiyi əraziləri ilə də oradan çıxmalı və rus xalqının verdiyi hədiyyələri də özü ilə aparmamalıdır”.Məhz Putinin kontekstindən çıxış edərək biz də kiçik bir arayışı xatırladaq. Belə ki, 28 aprel 1918-ci ildə Qırmızı və ya Qlızıl Ordu Azərbaycan Demokratik Respublikasının (ADR) ərazisinə daxil olarkən ADR-in ərazisi 114 min kv. kilometr idi. SSRİ süquta uğrayandan sonra keçmiş Azərbaycan SSR-nin ərazisi 86,6 min kv. Kilometri təşkil etdi və ölkəmiz bu əraziləri ilə BMT-yə daxil oldu. Sual oluna bilər ki, bəs həmin ərazilər haraya yoxa çıxdı? Sualı məlumdur – indiki Ermənistana, özü də təxminən 27 min kv. kilometr ərazi və bu ərazilər 1920-ci ildən başlayaraq sonrakı müddətlərdə Kreml tərəfindən yaradılmış Ermənistan SSR-yə bağışlandı!
Göyçə, Mehri, Zəngibasar, Dərələyəz, Uluxanlı, Vedibasar, Basarkeçər, Hamamlı və s...
Həmin vaxtlar Moskvada nəşr edilən kommunist-bolşevik qəzetləri yazırdılar: “Azərbaycan hökuməti xoşməramlı münasibət nümayiş etdirərək Zəngəzuru Ermənistana təhvil verdi”. Və bu üsulla sovet hakimiyyəti ilbəil Azərbaycan torpaqlarını parçalayaraq onları Ermənistana ötürürdü, azərbaycanlı əhali isə kütləvi şəkildə öz doğma, tarixi yurd-yuvalarından köçürülmələrə məruz qalırdılar...Artıq Azərbaycan cəmiyyətində də hər kəs inanır və ümid edir ki, Azərbaycan dövləti ermənilərin hələ də Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları ilə çıxış etmələrinə qarşı anidən, sərt və qətiyyətli addımlar ata bilmək qüdrətində və gücündədir. Yəni Qərbi Zəngəzurdan başlayaraq İrəvana qədər, eləcə də Göyçə, Mehri, Zəngibasar, Vedibasar, Uluxanlı, Dərələyəz, Basarkeçər, Hamamlı və s. kimi ərazilərimizə bu torpaqların əsl sahibləri geri qayıtmalıdırlar. O günün də uzaqda olmadığını isə biz əminliklə bilir və görə biləcəyimizə də ümid edirik!

Rövşən RƏSULOV

P.S. Bu anda Prezident İlham Əliyevin bir tövsiyəsini də xatırladıb. O, bugünlərdə Azərbaycan mediasına məsləhət gördü ki, Qərbi Azərbaycandakı tarixi toponimləri məhz tarixi adları ilə çəksinlər. Onun bu tövsiyəsi isə həm də Azərbaycan xalqına verilən çox mühüm bir mesaj idi...

Digər xəbərlər