PDF Oxu

Siyasət

  • 1 000

Sülhün cəmiyyətin davamlı inkişafı üçün əhəmiyyəti - FOTO

image

Hər il 21 sentyabr tarixi bütün dünya ölkələrində “Beynəlxalq Sülh günü” kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə dövlət, habelə vətəndaş cəmiyyəti qurumları və icmalar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Xəzər Tibb Mərkəzində də “Sülh aylığı” çərçivəsində əməkdaşlar üçün təşkil olunan maarifləndirici tədbir böyük maraqla qarşılanıb.
Əsas məqsədi cəmiyyətdə sülh, həmrəylik, qarşılıqlı hörmət və tolerantlıq dəyərlərinin təbliği və sülh mədəniyyətinin formalaşdırılmasının əhəmiyyətinin diqqətə çatdırılması olan maarifləndirici tədbirdə Xəzər Tibb Mərkəzinin direktorunun inzibati məsələlər üzrə müavini Gəray Abbasov çıxış edərək bildirib ki, sülh mədəniyyətinin təşviqi yalnız münaqişələrin qarşısının alınması deyil, həm də insanlar arasında anlaşma, dialoq, qarşılıqlı hörmət və əməkdaşlıq mühitinin gücləndirilməsini nəzərdə tutur.
Digər natiq- İnsan resursları şöbəsinin müdiri Vüsala Əliyeva isə sülhün əhəmiyyəti, cəmiyyətdə qarışıqlı hörmət, əməkdaşlıq və sağlam ünsiyyətin rolu barədə ətraflı söhbət açıb.
Həmçinin tədbir iştirakçıları mövzu ətrafında fikirlərini bölüşüb, sülhün və milli həmrəyliyin qorunmasında hər bir şəxsin, xüsusilə gənc nəslin üzərinə düşən məsuliyyət barədə müzakirələr aparıblar.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Digər xəbərlər