PDF Oxu

Siyasət

  • 360

YAP Sabirabad rayon təşkilatında partiyanın yaranmasının 34-cü ildönümü qeyd edilib

YAP Sabirabad rayon təşkilatında partiyanın yaranmasının 34-cü ildönümü qeyd edilib

​Bu gün Yeni Azərbaycan Partiyasının yaradılmasının 34-cü ildönümü münasibətilə YAP Sabirabad rayon təşkilatının inzibati binasında tədbir keçirilib.
​Tədbir iştirakçıları əvvəlcə rayon mərkəzində ucaldılmış Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər.
​Daha sonra qərargahda davam edən tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
​Tədbiri giriş sözü ilə açan YAP Sabirabad rayon təşkilatının sədri Varis Rüstəmov partiyanın keçdiyi şərəfli inkişaf yolundan, müstəqil Azərbaycanın dövlətçilik tarixindəki müstəsna rolundan və qazanılan tarixi zəfərlərdən bəhs edib.
​Daha sonra Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini Ceyran Xəlilova, Mil-Muğan Regional Mədəniyyət İdarəsinin rəisi Nadir Quliyev, rayon Ağsaqqallar Şurasının sədri Eyvaz Fərzəliyev və partiya veteranı Məhərrəm Məhərrəmov, partiya fəalı Turanə Kərimova çıxış edərək partiya üzvlərini əlamətdar gün münasibətilə təbrik edib, YAP-ın ölkənin ictimai-siyasi həyatındakı aparıcı mövqeyini vurğulayıblar.
​Tədbirin sonunda rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup partiya fəalına Fəxri Fərmanlar, partiya sıralarına yeni qəbul olunmuş üzvlərə isə üzvlük vəsiqələri təqdim edilib.
​Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə yekunlaşan tədbirin sonunda xatirə şəkli çəkdirilib.

Digər xəbərlər