Analitika

  • 3 894

Şuşa Bəyannaməsi Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğurudur - ŞƏRH

image

44 günlük Vətən Müharibəsi uğurlu əks-hücum əməliyyatı ilə bizim böyük Zəfərimizlə bitdi. Ordumuzun gücü, qüdrəti özünü Aprel döyüşlərində, Naxçıvanın Günnüt kəndinin azad edilməsində, Tovuz əməliyyatında olduğu kimi,İkinci Qarabağ savaşında bir daha təsdiqlədi. Ordu quruculuğu Silahlı Qüvvələrimizi dünyanın ən güclüləri sırasına qoşub.Qələbələrimizin əsasını Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilən uzaqgörən siyasət təşkil edir. Qarabağ uğrunda müharibədə qardaş Türkiyənin Azərbaycanın haqq işinə verdiyi siyasi və mənəvi dəstək hər bir vətəndaşımızı qürurlandırır. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” nin imzalanmasından bir il ötür.Bu tarixi sənəd böyük əhəmiyyətə malikdir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Şuşa şəhərinə səfəri və burada Prezident İlham Əliyevlə birlikdə Türkiyə ilə Azərbaycan arasında müttəfiqlik haqqında Birgə Bəyannaməni imzalaması bölgə miqyasında ən əlamətdar tarixi və siyasi hadisədir.Bu sənəd Türkiyə-Azərbaycan dostluğunun və qardaşlığının sarsılmaz olduğunu bir daha bütün dünyaya bəyan etdi. “Bu sənədin məhz Şuşa şəhərində imzalanması böyük tarixi, siyasi və rəmzi məna daşıyır və işğaldan azad edilmiş torpaqların məhz Azərbaycanın əzəli tarixi ərazisi olduğunun birmənalı təsdiqidir. Eyni zamanda, ölkəmizin ərazi bütövlüyünün toxunulmazlığına böyük siyasi dəstəyin ifadəsidir”. Şuşa Bəyannaməsini iki ölkə arasında qardaşlığın yeni tarixi mərhələsidir.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi müttəfiqliyin geostrateji əhəmiyyətini daha da artırır. Şuşa Bəyannaməsi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında həm də çoxşaxəli müttəfiqliyin rəmzidir. Türkiyə və Azərbaycan arasında müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bəyannamə bölgədə əhatəli sülhə yol açır. Türkiyə və Azərbaycan arasında imzalanmış Bəyannaməni Azərbaycanın siyasi, diplomatik və iqtisadi uğuru adlandırsaq, yanılmarıq.Sənəddə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaq. Bəyannamədə xalqlarımızın böyük liderləri Mustafa Kamal Atatürk və Ulu Öndər Heydər Əliyevin kəlamları öz əksini tapıb. XX əsrin əvvəllərində Mustafa Kamal Atatürk demişdir ki, “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”. Ulu öndər

Heydər Əliyevin XX əsrin sonlarında ifadə etdiyi “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamı Azərbaycan və türk xalqlarının dilində əzbərə çevrilib”.Şuşa Bəyannaməsində Türkiyə və Azərbaycan arasında müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələləri də öz əksini tapmışdır.Bu hal böyük tarixi nailiyyətdir. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıblar. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcək.İki ölkə arasında imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənməsi Bəyannamənin tarixi əhəmiyyətini göstərən böyük faktordur.

İlham Ağayev,
Hişkədərə kənd E.Ağayev adına tam orta məktəbinin direktoru

Digər xəbərlər