Analitika

  • 2 863

Hamıdan kömək uman KÜSƏYƏN ERMƏNİSTAN – TƏHLİL

image

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından Ermənistanın çıxmasının labüdlüyü barədə erməni cəmiyyətindəki spekulyasiyalar barədə bütün dünya məlumatlıdır. Əslində, sözügedən təşkilatdan fayda görmədikləri və bundan sonra da fayda görməyəcəkləri qənaətində olan ermənilər təşkilatdan çıxmağı doğru yol hesab edirlər, halbuki əsl doğru yolu ya görmək istəmirlər, ya da etiraf etmək. Əks halda düşdükləri vəziyyətdə bu təşkilatı, KTMT-ni günahkar bilməzdilər və Azərbaycanın yaratdığı reallıqlarla barışar, qarşılarına qoyulan tələblərə uyğun davranardılar, çünki bu, Ermənistanın xilası üçün yeganə yoldur.

Görünən odur ki, erməni cəmiyyəti üçün günahı kimdəsə axtarmaq, kimisə günahlandırmaq nəinki ənənə halını alıb, hətta bu tendensiya ermənilərin psixologiyasına da höpub. Bu gün üzləşdikləri acınacaqlı vəziyyətə görə günahkar axtarişında olan bu cəmiyyətin bir hissəsi Rusiyanı, bir hissəsi Qərbi, digər bir hissəsi də KTMT-ni günahkar çıxarmaqdan ötrü əldən-ayaqdan gedir. Sanki, sadalanan həmin o “günahkar” hesab olunanlar Ermənistana borclu imiş kimi bu ölkəni məğlubiyyətdən də xilas etməyə, hələ bir inkişafını da, tərəqqisini də, təhlükəsizliyini də təmin etməyə borclu sayılırlarmış bu xəstə erməni düşüncəsində və indi onlar hədəfə alınıblar. Ermənistanın da məhz KTMT-dən çıxması barədə həmin ölkədəki spekulyasiyaların da kökü məhz bundan qaynaqlanır.

Acınacaqlı məğlubiyyətlərini kiminsə boynuna atmaq üçün dəridən-qabıqdan çıxan ermənilər üçün şər atmaq tamamilə adi hala çevrilib. Doğrudur, şər atmaq, böhtan ünvanlamaq erməni xisləti üçün hər zaman xarakterik olub, amma mövcud məğlub durumlarında bu, ümumiyyətlə şakərə çevrilib. İndi erməni cəmiyyətinin belə şər və böhtanlarına dünya ictimaiyyəti də sanki alışqandır və elə bil ermənilərin belə şərçi, böhtançı olduğuna dünya belə öyrəşibmiş. Cəmi 44 gün ərzində Ermənistanın, erməni silahlı qüvvələrinin diz çökməsinə, məğlubiyyətinə bir səbəb, bir bəhanə axtaranlar bir tərəfdən Rusiyanın silahlarının yararsız olmasından, digər tərəfdən KTMT-nin və Qərbin onları dəstəkləmədiyindən şikayət edirlər.

İndi erməni cəmiyyəti Azərbaycanın yaratdığı reallığı, ölkəmizin qələbəsini həzm edə bilmədiyi kimi, dünya ölkələrinin, ələlxüsus KTMT-yə daxil olan ölkələrin bir çoxunun qələbə münasibəti ilə Azərbaycanı təbrik etməsi ilə barışa bilmir. Hələ də ermənilər KTM-nin 44 günlük maharibə zamanı onlara tərəf çıxmamasını, onlara yardım etməməsini, onlara silah-sursat göndərməməsini qəbul edə bilmirlər. Onu da qəbul edə, yaxud anlaya bilmirlər ki, Azərbaycanın beynəlxalq hüquqla tanınan öz suveren ərazilərində, torpaqlarında müharibəni aparmasına KTMT nə müdaxilə edə bilməzdi, nə də bu məsələdə Ermənistanın yanında ola bilməz, bu ölkəni müdafiə edə bilməzdi. Əks halda sual olunardı ki, KTMT hansı əsasla Ermənistanı müdafiə, yaxud kömək edə bilər? Bunu anlamayanlar, yaxud anlamaq istəməyənlər indi məhz KTMT-ni hədəfə alıblarsa, bunun adı ancaq, öz məğlubiyyətini gizlətmək, ört-basdır etmək üçün günahkar axtarişı ola bilər, başqa heç nə.

Hər bir halda erməni cəmiyyəti KTMT-ni öz məğlubiyyətinin günahkarı sayır, halbuki, kimin müdaxilə etməsindən, yaxud etməməsindən asılı olmayaraq bu ölkənin məğlubiyyəti qaçılmaz idi, çünki Azərbaycan dəfələrlə qüvvətli və haqlı tərəf idi, heç zaman beynəlxalq hüquq normalarını da pozmur. Azərbaycan Ordusu vətən uğrunda, öz doğma torpaqlarını işğaldan azad etmək, terrorçuları, separatçıları öz yurd-yuvasından qovmaq uğrunda döyüşürdü ki, buna qarşı hərhansı bir təşkilat çıxa, məsələyə müdaxilə edə, yaxud qarşı tərəfə yardım, kömək edə bilməzdi. Buna baxmayaraq ermənilər bu həqiqəti dərk edə, yaxud qəbul edə bilmədiklərindən indi KTMT-dən gələn hərhansı bəyanat belə onları qıcıqlandırır. Əlbəttə ki, bir neçə gün əvvəl sözügedən qurumun baş katibi Stanislav Zasın Parlament Assambleyasının iclasında Ermənistan və Azərbaycan arasında sərhəddin delimitasiya və demarkasiyası ilə bağlı prosesi uğurlu adlandırması da ermənilərdə qıcıq doğurub və bu da deyilənlərin sübutudur. Bir halda ki, Avropa, eləcə də Rusiya rəsmilərinin fikiləri ilə onun fikirləri eynilik təşkil edirdi, o zaman nəyə görə yalnız məhz Zasın fikirləri qıcıq doğurur? Bu sualın cavabını ermənilər özləri yaxşı bilərlər, çünki öz məkrli niyyətlərindən də, öz hiyləgərliklərindən də özləri hamıdan daha yaxşı xəbərdardırlar.

Ən maraqlı və heyrət doğuran məqamlardan biri odur ki, niyə axı ermənilər sərhəd məsələlərinə görə belə narahatlıq keçirirlər? Bir halda ki, sərhəd məsələlərinin sülh yolu ilə həlli regionda təhlükəsizliyin qarantı hesab olunursa, niyə onlar buna mane olmağa çalışırlar? Buna mane olmaqda bu cəmiyyətin, erməni cəmiyyətinin marağı nədir? Niyə ermənilər məhz sərhəd məsələlərinin həllini dəstəkləyən tərəfləri qınayır, onları özləri üçün düşmən bəlləyirlər? Axı bu ölkənin, bu cəmiyyətin nəinki müharibə etməyə, öz təhlükəsizliyini təmin etməyə, inkişafa, tərəqqiyə, hətta normal yaşamağa belə potensialı yoxdur və səfalət içərisində inləyən bu ölkə məhvə olma, yox olma astanasındadır. Yəni, erməni cəmiyyətində bunu, bu həqiqəti anlayacaq adamlar yoxdur, yoxsa onlar olduqca azlıq təşkil edirlər?

Təbii ki, türk dövlətlərinin də KTMT-də təmsil olunması erməniləri narahat edən məsələlərdəndir. Onlar regionda getdikcə daha da qüvvətlənin türkçülük ideyalarına görə də narahatdırlar. Elə 44 günlük müharibədə onlara kömək edilməməsinin səbəblərindən biri kimi bunu da göstərirlər və indi də həmin qurumda məhz türk dövlətlərinin olmasını əsas gətirirlər. Sual oluna bilər ki, ermənilər indi bildilərmi ki, KTMT-də türk dövlətləri də təmsil olunur, yoxsa indi bu məsələ üzə çıxıb? Məsələ burasındadır ki, həmin qurumda türk dövlətlərinin olmasını ermənilər elə əvvəlcədən də bilirdilər, hətta bu faktdan özlərinə lazım olan tərzdə istifadə də edirdilər, amma nədənsə indi yadlarına düşüb bu fakt və indi KTMT-dən uzaqlaşmaq vacib hesab olunub. Dərhal bəlli olur ki, yenə də daxili auditoruyaya hesablanan addımlar atılır, erməni xalqını aldatmaq üçün müxtəlif uydurmalar, fikirlər dövriyyəyə buraxılır. Məqsəd də bəllidir və bu da günahı başqalarının üzərinə atmaqdan başqa bir şey deyil.

Nə qədər ermənilər ört-basdır etsələr də Ermənistan məğlub dövlət olaraq qəbul edilir. Kimləri günahkar çıxarmaq istəsələr də ermənilər özləri günahkar sayılırlar və artıq bütün dünya erməni yalanlarından boğaza yığılıb. Yəni, bu gün ermənilərin kimlərə isə böhtan atması, hansısa qurumu günahlandırması nəinki hansısa qurumu, hətta hansısa adamı belə maraqlandırmır və erməni yalanlarına çətin ki, daha məhəl qoyan tapıla. Təkcə KTMT deyil, başqa qurumlar üçün də ermənilərin fikiləri önəm kəsb etmir və reallıqları, həqiqətləri, haqları gizlətmək mümkün deyil. Bu səbəbdən də bütün dünya, eləcə də, təbii ki, bir sıra ermənipərəst, yaxud erməni lobbisinin maliyyəsi ilə mövcud olanlar istisna olmaqla, öz imicini qoruyan əksər beynəlxalq təşkilatlar Azərbaycanın haqq işinə qarşı nə çıxa bilmirlər, nə də çıxmaq niyyətində deyillər. Bundan sonra da Azərbaycanın işini qarışa, Ermənistana dəstək verə bilməzlər, çünki dünya dövlətləri artıq Ermənistanı müstəqil, suveren dövlət kimi də qəbul etmirlər. Azərbaycanın regional və qlobal statusu bütün dünyada qəbul edildiyi halda, Ermənistan hansısa dövlətlərdən asılı dövlət, müstəqil dövlət kimi tanınır və indi hamıdan kömək uman və küsən dövlət kimi də qəbul edilir.

Digər xəbərlər