Analitika

  • 3 963

Ermənistan təlaş içindədir! - ANALİTİK + ŞƏRH

image

Erməni deputatı: “Azərbaycan hazırkı məqamda Naxçıvan istiqamətindən təzyiq göstərəcək”

Ermənistanın üçtərəfli bəyanatda irəli sürülən bəndlərə əməl etməməsi cəhdləri, eləcə də sülh danışıqları, sərhədlərin delimitasiyası, habelə kommunikasiyaların blokadadan çıxarılması prosesini uzatması Bakının səbrini tükəndirmək üzrədir. Və maraqlıdır ki, Ermənistandakı revanşist qüvvələr də bu reallığı yaxşı anlayır, üstəlik onu da iddia edirlər ki, əldə edilmiş razılaşmalara əməl olunmazsa, Azərbaycan qarşıda dayanan problemləri digər vasitələrlə, eyni zamanda, güc yolu ilə aradan qaldırmağa daim hazırdır. SİA xəbər verir ki, bu barədə Armenia today yazır.
Ermənilər Azərbaycanın qarşısına qoyduğu qətiyyətli məqsədlərini həyata keçirməyə daim hazır olduğunu əsaslı qaydada dərk edirlər
Daha bir maraqlı nüans budur ki, həmin iddia ilə Ermənistanın baş naziri Nikol Paşinyan da hakimiyyətə yaxın olan KİV-lərə müsahibəsində vurğulayıb və bildirib ki, Azərbaycan Ermənistana qarşı hərbi güc tətbiq etmək üçün legitim yollar axtarışındadır. Bütün bu kimi təlaşlar isə bir daha isbat edir ki, hətta erməni tərəfləri – istər iqtidar, istərsə də müxalifət olsun, Azərbaycanın qarşısına qoyduğu qətiyyətli məqsədlərini həyata keçirməyə daim hazır olduğunu əsaslı qaydada dərk edirlər.Bu xüsusda Ermənistan parlamentinin müxalifətdən olan deputatı, eks-prezident Serj Sarqsyanın tərəfdarlarının təmsil olunduqları “Şərəfim var” fraksiyasının təmsilçisi Tiqran Abramyan özünün Facebook səhifəsində maraqdoğurucu iddia ilə çıxış edib. “Azərbaycan hazırkı məqamda Naxçıvan istiqamətindən təzyiq göstərəcək”, deyə yazan Abramyanın fikrincə, son vaxtlar sərhəd zolaqlarında baş verən atəşkəs rejiminin pozulması halları da belə deməyə əsas yaradır. Daha dəqiq desək, Abramyan məhz erməni tərəfinin atəşkəs rejimini pozmasını bilərəkdən Azərbaycan tərəfinə yıxmağa çalışır və necə deyərlər, qabaqdangəlmişlik etməyə cəhd göstərir. Ancaq fakt budur ki, erməni tərəfi həqiqətən də ciddi təlaş içindədir və başıpozuq silahlı qüvvələrinin uğursuz silahlı təxribatları vasitəsi ilə beynəlxalq diqqəti özünə tərəf cəlb etməyə çalışır.
Azərbaycan Ordusunun Naxçıvanda əldə etdiyi Günnüt zəfəri hələ də erməni tərəfinin yadından çıxmayıb
Erməni deputatının daha bir iddiası budur ki, Azərbaycan Ordusu Ermənistana qarşı təzyiqini Naxçıvan istiqamətindən başladır, belə ki, Ermənistanın Naxçıvanla həmsərhəd olan Vayatsdzor vilayətinin Yelpin kəndində də təlaşlar hiss olunur. Onun sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri bu istiqamətdə məhz 2018-ci ilin iyulunda irəliləməyə nail olublar. Görünür, həmin ilin mayında Azərbaycan Ordusunun Naxçıvanda əldə etdiyi Günnüt zəfəri hələ də erməni tərəfinin yadından çıxmayıb və bundan sonra da çıxmayacaq. Bu səbəbdən, Abramyan həmin hadisəni xatırlayır. Lakin bununla yanaşı bildirir ki, məhz həmin irəliləmələrdən sonra Azərbaycan Ordusu Arazdəyən (Yerasx) və Gorus yolu ərazisinə nəzarətini gücləndirməyə müvəffəq olub.
“Mümkün ehtimallar budur ki, mövcud mərhələdə Azərbaycanın təzyiqi Naxçıvan istiqamətindən olacaq və burada Azərbaycan mövqelərinin rahat mövqelərdə yerləşməsi əsas məqsədlərdən biridir. Eyni zamanda, burada daha bir məqsəd Ermənistan hakimiyyətini əlavə güzəştlərə getməsindən və regionun blokadadan çıxarılması prosesindən ibarətdir”, deyə revanşist erməni deputatı iddia edib.

Rövşən RƏSULOV

Digər xəbərlər