Analitika

  • 4 885

Ermənistanın təxribatlarına “Qətiyyətli cavab”!

image

Və yaxud, nəyə görə məhz indi?
Ermənistan ordusunun Azərbaycanla tam müəyyən edilməmiş sərhədlərində növbəti dəfə silahlı təxribatlara əl atması eyni zamanda, çoxsaylı proseslər və hadisələr fonunda baş verdi. Belə ki, avqustun 31-də keçirilmiş sayca dördüncü Brüssel görüşündən sonra o da məlum oldu ki, sentyabr ayının sonlarına qədər Azərbaycan və Ermənistan XİN başçılarının sülh sazişinin mətninin hazırlanması istiqamətində görüş keçirməlidirlər.Habelə, Brüssel görüşündən sonra Rusiya tərəfi də fəallaşdı, Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı oldu, eləcə də Putinlə Paşinyan arasında Vladivostokda görüş keçirildi. Eləcə də, Azərbaycan və Ermənistan liderlərinin sentyabrın 15-16-da Səmərqənddə keçiriləcək ŞƏT (Şanxay Əməkdaşlıq Təşkilatı) sammitində görüşləri planlaşdırılıb.
Ermənistan belə bir situasiyada yekun qərarını verməlidir və onun nala-mıxa döyəcləməyi üçün vaxtı da yoxdur
Bütün bunlarla paralel olaraq ABŞ Dövlət Departamentinin Qafqaz üzrə təmsilçisi Filip Riker də regiona səfər edib, Ermənistanda üç gün (?!) qalıb və Gürcüstana gedib. Onun Bakıda nə edəcəyini, nə danışacağını, ümumiyyətlə, nəyə cəhd göstərəcəyini isə anlamaq hələ ki, çətindir. Yeganə məlum olan budur ki, ortada ABŞ-ın Qərbin uşağı olan Paşinyana açıq-aşkar dəstəyi mövcuddur və bu da kimsəyə sirr deyil...Bütün bu proseslər isə göstərir ki, Ermənistan belə bir situasiyada yekun qərarını verməlidir və onun nala-mıxa döyəcləməyi üçün vaxtı da yoxdur, çünki Azərbaycan artıq gözləmək qərarında deyil. Özü də İrəvanın hər hansı qərarının Brüssel, Moskva və s. cinahın maraqları yönündə verəcəyi də Bakı üçün maraqlı deyil. Bakı üçün maraqlı olan Ermənistanın üzərinə götürdüyü öhdəliklərinə qeyd-şərtsiz əməl etməsi və tələb edilən sülh sazişinin bağlanmasıdır!
Bəs daha nə gözlənilir?
Məhz belə bir məqamda, hazırkı dövrə qədər əldə olunan razılıqların rəsmiləşməsi gedişatının əyləcini basmaq üçün Ermənistan sərhəddə qırımızı xətti keçən təxribatlarına əl atdı, dəfələrlə atəşkəsi pozdu, diversiya xarakterli minalanma prosesini həyata keçirməyə çalışdı. Nəticədə düşmən sentyabırn 12-dən 13-ə keçən gecə şanlı Azərbaycan Ordusunun ağır, sarsıdıcı zərbəsi qarşısında qaldı.Biz hələ Ermənistanın daha ağır zərbələrə məruz qalmasına olan digər səbəbləri demirik. Misal üçün, hələ də ATƏT-in Minsk qrupu adlı ölü qurumunun asılı qalmış quru, çürük saplağından yapışmaq, “status” barədə çərənləmək və...
Azərbaycanın mövqeyi dəyişməzdir – möhkəm, ardıcıl və resurslu
Və hələ də (!) Qarabağda qanunsuz silahlılarını saxlayaraq hərbi texnikalarını mövqelərə çıxarmaq, sərsəm bəyanatlar səsləndirməklə beynləlxalq aləmin diqqətini öz üzərinə çəkmək!Bəs nə gözlənilir? Ümumiyyətlə, Ermənistan rəhbərliyi hansı addımı atmalıdır, onlardan asılı olan nədir? Əgər baş nazir Paşinyan bundan sonra da destruktiv qərarlar verib yersiz addımlarını atmaqda davam edəcəksə, ordusunu və ölkəsini məhvə doğru sürükləyəcəksə Azərbaycan öz qətiyyətli sözünü deməyə davam edəcək.Beləliklə, kifayət qədər aydındır ki, Azərbaycanın mövqeyi dəyişməzdir – möhkəm, ardıcıl və resurslu. Ermənistanın mövqeyi isə ziddiyyətli və sürüşkən. Belə bir şəraitdə Ermənistana ümid verən ölkələr, yaxud güclər İrəvana anlatmalıdırlar ki, üzərinə götürdüyü öhdəliklərini yerinə yetirsin, əks halda mövcud vəziyyəti daha əvvəlkindən də pisə doğru gedəcək. İlk addımlardan biri kimi Qarabağdakı qanunsuz silahlıların və separatçı kvazidövlət ünsürlərinin oradan rədd olmalarıdır.Lakin Ermənistanın himayədarları bundan sonra da erməni utopiyalarına və illüziyalarına inanmağa davam edərlərsə, bundan sonra məsuliyyəti yalnız Ermənistanın rəhbərliyi deyil, eləcə də ona himayədarlıq edənlər də daşımalı olacaqlar.

Rövşən RƏSULOV

Digər xəbərlər