PDF Oxu

Araşdırma

  • 16

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb

AŞPA-nın yay sessiyasının gündəliyi açıqlanıb
Mayın 26-da Kiyevdə keçirilmiş Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bürosunda yay sessiyasının gündəliyi açıqlanıb. İyun ayının 20-dən 24-dək keçiriləcək sessiyanın ilk günü AŞPA sədrinin çıxışı ilə öz işinə başlayacaq. Sonra Finlandiya və İrlandiya ölkələrindən qurumun sədr müavinlərinin seçkisi aparılacaq və deputatlar yay sessiyasının gündəliyini təsdiq edəcəklər. Günün ikinci yarısında Nazirlər Komitəsinin yenicə fəaliyyətə başlamış sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qriçenko rəhbərlik etdiyi təşkilatın yaz sessiyasından sonrakı dövrdəki fəaliyyəti barədə deputatlara məlumat verəcək, Avropa Şurasının 2012-2013-cü illər üçün büdcəsi ətrafında müzakirələr aparılacaq. İyunun 21-də keçiriləcək sessiya yığıncağında Avropa Məhkəməsinə Fransa üzrə hakimin seçkisi keçiriləcək, Avropa Şurası ilə ərəb dünyası arasında əməkdaşlıq, Tunisdə vəziyyət, Avropada sığınacaq istəyənlərin və qaçqınların vəziyyəti məsələləri müzakirə olunacaqdır. Sessiyanın sonrakı günlərində deputatlar XXl əsr Avropasında birlikdə yaşamaq, AŞ-də islahat, Avropada insan hüquqlarının vəziyyəti və digər məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Sessiyanın gedişində Ukrayna və Ermənistan prezidentlərinin, Fələstin Muxtariyyəti başçısının, Bolqarıstan və Tunisin xarici işlər nazirlərinin, Mərakeş nümayəndələr palatası rəhbərinin, Almaniya ədliyyə nazirinin, İngiltərə və Uelsin baş prokurorlarının çıxışları nəzərdə tutulmuşdur. Yay sessiyasının gündəliyinə Azərbaycanla bağlı hər hansı məsələnin müzakirəsi daxil edilməmişdir. Buna baxmayaraq, ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin üzvləri müzakirə olunan məsələlərə münasibət bildirəcəklər.

Digər xəbərlər