PDF Oxu

Araşdırma

  • 16

Erməni deputat: “Ermənistandakı yoxsulluq dözülməzdir”

Erməni deputat: “Ermənistandakı yoxsulluq dözülməzdir”
"BMT-nin Əhali Fondu tərəfindən aparılan araşdırmalar bir daha sübut edir ki, Ermənistanda yoxsulluq baş alıb gedir". SİA-nın "Arm.Today"ə istinadən verdiyi məlumata görə, bunu Ermənistan parlamentində çıxışı zamanı millət vəkili Viktor Dəlləkyan vurğulayıb. Onun sözlərinə görə, paytaxt İrəvanda yaşayanların 88 faizi güclə təsərrüfatla məşğul olur. Əhalinin yalnız 1,1 faizi nisbətən normal öz başını saxlayaraq dolanır, o da yalnız "yuxarıda" adamı olanlardır: "Ermənistan əhalisinin 70 faizi günaşırı ət və ya balıq yeməyi yalnız arzulaya bilər. Əhalinin böyük hissəsi yalnız Yeni ildə və ya dövlət tərəfindən hazırlanan xüsusi şənliklərdə ət yeyir. Bunu da yeyənlərin çoxu dövlət adamları olur. Orta təbəqə anlayışı yoxdur. Var kasıb və varlı. Daha doğrusu çörəyə həsrət qalan və toxundan çörəyi tapdalıyan". Hazırda ölkə daxilində vəziyyətin bərbad olduğunu bəyan edən millət vəkili bildirib ki, İrəvandakı ev təsərrüfatlarının 60-89 faizi yeni geyim ala bilmir: "Bu da yalnız övladları yeni tədris ilinə başlayanda. Respublika miqyasında ailələrin 50 faizi evlərini normal həcmdə qızdıra bilmir, onlar xərcləri ödəmək imkanından məhrumdurlar. Aşağı yaşayış səviyyəsinin daha bir göstəricisi budur ki, Ermənistanda ailələrin 56 faizi ailə üzvlərinin ad günlərini qeyd edə və qonaq dəvət edə bilmir. Oliqarxların böyük əyləncə təşkil etmələri fonunda kasıbın ad günü keçirə bilməməsi həqiqətən acınacaqlıdır". Viktor Dəlləkyan reallıqları sadaladıqca daha maraqlı nüanslara toxunub: "Siz fikir verin, ermənilər əlavə xərcə düşməmək üçün Yeni ilin gəlişini də arzulamır. Nəzarət Palatasının aşkara çıxardığı faktlar da Ermənistandakı hərtərəfli yoxsulluq şəraitini göstərir. Belə ki, müxtəlif səviyyəli məmurlar dövlətdən külli miqdarda vəsait oğurlayırlar. Xalq yoxsulluqdan narazıdır. Üstəlik, bəzi şəxslərin dövlət vəsaiti hesabına gündən-günə varlanmasına qarşı yoxsulların üsyanı davam edir. Bu dözülməzdir".

Digər xəbərlər