PDF Oxu

Araşdırma

  • 17

Sarkisyan: "Türkiyə ilə barışıq yalnız "soyqırımı" etirafından keçir"

Sarkisyan: "Türkiyə ilə barışıq yalnız "soyqırımı" etirafından keçir"
Tükiyə ilə münasibətlər yalnız rəsmi Ankaranın qondarma "erməni soyqırımı"nı tanımasından sonra yarana bilər. SİA-nın erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Ermənistanın dövlət başçısı Serj Sarkisyan Rusiyanın "Moskovskie novosti" qəzetinə müsahibəsində deyib. Onun sözlərinə görə, "soyqırımı" tanınmadan iki dövlət arasında münasibətlərin qurulması istiqamətində atılan bütün addımlar iflasa uğrayacaq: "Soyqırımı" tanınmadan Türkiyə ilə Ermənistan arasında münasibətlərin qurulmasında fəallıq göstərməyə dəyməz. Barışıq yalnız etirafdan keçir". "Mövcud siyasi problem həll olmayınca Ermənistan iqtisadiyyatının inkişaf templəri yüksələ bilərmi?" sualına cavabında Sarkisyan özünə təsəlli verərək cavablandırıb: "Bəli bu mümkündür və ya "yox" mümkün deyil. Əgər mümkün deyilsə nəyə görə, biz artıq 20 ildir inkişaf edirik? ( red: Ötən il ərzində Ermənistanın ümumi daxili məhsulda daxili borcu 13 faizdən 40 faizə qədər qalxıb. Buna səbəb isə xarici kreditin artması və ÜDM-in azalmasıdır). Əgər "hə", onda nəyə görə bu templərlə inkişaf edirik. Əlbəttə ki, Türkiyə ilə münasibətlər olmasa biz acından ölən deyilik. Lakin yenə təkrar etmək istəyirəm ki, Türkiyə ilə münasibətlər yalnız rəsmi Ankaranın qondarma "erməni soyqırımı"nın tanımasından sonra yarana bilər".

Digər xəbərlər