PDF Oxu

Araşdırma

  • 7

ABŞ dövlət katibinin müavini Uilyam Börns ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb

ABŞ dövlət katibinin müavini Uilyam Börns ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb
ATƏT-in Minsk Qrupunun həmsədrləri Bernar Fasye (Fransa), İqor Popov (Rusiya) və Robert Bradtke (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik aprelin 27-də ABŞ dövlət katibinin siyasi məsələlər üzrə müavini Uilyam Börnslə görüşüblər. ABŞ Dövlət Departamentinin yaydığı məlumata görə, görüşdə həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasındakı fəaliyyəti, onların keçirdiyi son görüşlər və perspektivdə nəzərdə tutulan təmaslar müzakirə olunub. Həmsədrlərlə görüş zamanı U.Börns ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində tərəflərə yardım göstərməyə hazır olduğunu bir daha vurğulayıb. Həmsədrlər görüşün məhsuldar və ümidverici olduğunu bildiriblər.

Digər xəbərlər