PDF Oxu

Araşdırma

  • 18

Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyəcək

Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyəcək
"Türkiyə hər zaman Azərbaycanın haqq işini dəstəkləyib və bundan sonra da dəstəkləyəcək". yap.org.az saytının məlumatına görə, bu fikirləri Türkiyənin ölkəmizdəki fövqəladə və əslahiyyətli səfiri Hulusi Kılıc deyib. Səfir bildirib ki, Türkiyə ilə Azərbaycan qardaş dövlətlərdir və onlar bütün məsələlərdə həmrəylik nümayiş etdirirlər. Bunun qürurverici olduğunu bildirən H.Kılıcın sözlərinə görə, hər iki dövlətin qarşısında duran problemlərdən biri erməni məsələsidir. "Ermənilər uydurma "soyqırımı" gündəmə gətirməklə Türkiyənin beynəlxalq nüfuzuna zərbə vurmağa çalışırlar. Eyni zamanda, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Ermənilər türk və Azərbaycan xalqına qarşı qətliamlar törədiblər. Bütün bunları dünya qəbul etməlidir. Biz bir olub, güclü olacağıq və haqqımızı dünyaya tanıdacağıq" deyə səfir vurğulayıb. H.Kılıc ölkəsinin Ermənistandakı "Metsomor" AES-in bağlanması ilə əlaqədar Azərbaycanın mövqeyini dəstəklədiyini də bildirib.

Digər xəbərlər