PDF Oxu

Araşdırma

  • 16

ABŞ prezidenti "erməni soyqırımı" abidəsinə əklil qoymaqdan imtina edib

ABŞ prezidenti "erməni soyqırımı" abidəsinə əklil qoymaqdan imtina edib
Ermənilərin qondarma soyqırımı təbliğatı dünyanın əksər dövlətlərində ikrahla qarşılanır. Hər il "1915-ci ildə Osmanlı Türkiyəsində ermənilər soyqırımına məruz qalıb. Bu faktı tanıyın" deyərək qapı-qapı gəzən ermənilər artıq hamının zəhləsini töküblər. Düzdür, ermənilərin kompakt yaşadığı, erməni lobbisinin güclü olduğu ölkələrdə "soyqırımı" tanınıb. Amma biz düşünmürük ki, həmin ölkələrin rəsmi və qeyri-rəsmi adamları fakt barəsində yetərincə məlumatlı olduqları və ermənilərin başına gələnləri ürək acısı ilə qarşıladıqları üçün bu addımı atıblar, əsla yox. Əlbəttə, onları buna ermənilərin yalan və təhrif olunmuş məlumatları, "tarixi araşdırmaları" vadar edib. SİA-nın əldə etdiyi məlumata görə, dünən ABŞ-da erməniləri üzəcək hadisə baş verib. Faktı Amerika Erməni Milli Assambleyasının qərb qanadının sədri Endryü Kiziryan da təsdiq edib. Hadisə belə baş verib. Erməni təşkilatı ABŞ prezidenti Barak Obamaya Montebelloda qoyulmuş "erməni soyqırımı" abidəsinə əklil qoymağı xahiş ediblər. Amma prezident vaxtının azlığını bəhanə gətirərək ermənilərin xahişini rədd edib.

Digər xəbərlər