PDF Oxu

Araşdırma

  • 14

ABŞ Konqresinə Türkiyə ilə bağlı yeni qətnamənin layihəsi təqdim olunub

ABŞ Konqresinə Türkiyə ilə bağlı yeni qətnamənin layihəsi təqdim olunub
ABŞ Konqresinə yeni qətnamənin layihəsi təqdim olunub. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, layihədə "Türkiyəni ABŞ-ın ən vacib strateji tərəfdaşı kimi qəbul etmək" nəzərdə tutulub. Şimali Karolinadan olan respublikaçı-konqresmen Virciniya Foks hazırladığı qətnamə layihəsində Nümayəndələr Palatasından Türkiyəni Amerikanın ən vacib strateji tərəfdaşı kimi qəbul edilməsini tələb edib. Layihədə həmçinin tələb olunub ki, 29 oktyabr Türkiyə Respublikasının yarandığı gün ABŞ-da qeyd olunsun. "Türkiyə inkişaf etmiş dünyəvi, müsəlman və demokratik ölkədir. Prezident Obama Türkiyəni strateji tərəfdaş ölkə sayır", - layihədə deyilir.

Digər xəbərlər