PDF Oxu

Araşdırma

  • 13

Türkiyə mövqeyini dəyişir?

Türkiyə mövqeyini dəyişir?
"2023-cü ildə Türkiyənin qonşuları ilə heç bir problemi olmayacaq". Milli.Az xəbər portalının Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu İstanbulda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, rəsmi Ankaranın niyyəti dostluq, mehriban qonşuluq və qonşularla inteqrasiya üzərində yeni bir bölgə yaratmaqdır. Əhməd Davudoğlu xatırladıb ki, Avropadakı çıxışlarından birində erməni deputatlar ondan Türkiyə-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinin hazırkı vəziyyətini soruşublar. O, yenidən bu mövzuya toxunub: "Mən protokollara olan yanaşmamız və hansı addımları planlaşdırmağımızla bağlı suala cavab verdim. Türkiyənin xarici siyasətində iki qrup ölkələr var. Hamı mənim düşmən və dost ölkələr deyəcəyimi zənn etdi. Amma mən "dostlar və potensial dostlar" dedim. Bütün qonşularımız dostumuz, Ermənistan isə potensial dostumuzdur".

Digər xəbərlər