PDF Oxu

Araşdırma

  • 11

Avropa İttifaqı Rusiyaya xəbərdarlıq etdi "Rusiya "Nabucco" qaz kəməri layihəsinin tikintisini blokadaya salmamalıdır"

Avropa İttifaqı Rusiyaya xəbərdarlıq etdi "Rusiya "Nabucco" qaz kəməri layihəsinin tikintisini blokadaya salmamalıdır"
"Rusiya "Nabucco" qaz kəməri layihəsinin tikintisini blokadaya salmamalıdır". SİA-nın "Deutsche Welle"-ə istinadən verdiyi xəbərinə görə, bunu Avropa İttifaqının Enerji məsələləri üzrə Komissarı Günter Oettinger deyib. O, qeyd edib ki, rəsmi Moskva kəmərin reallaşmasına maneçilik yaratmaq üçün Mərkəzi Asiya ölkələrinə təzyiq edir: "Rusiyanın heç bir hüquqi əsası yoxdur ki, Nabukko kəmərini enerji resursları ilə təmin edə biləcək tədarükçü və ya tranzit rolunu oynayan Mərkəzi Asiya ölkələrinə təzyiq etsin". O, eyni zamanda "Nabucco" qaz kəməri layihəsinin Rusiyanın "Cənub Axın" layihəsinə heç bir maneçilik törədə bilməyəcəyini də vurğulayıb: "Mən Rusiyanı Avropaya qaz nəql edən bir tərəfdaş kimi qəbul edirəm. Lakin mənə bu enerji resurslarını daha qısa və Rusiyadan yan keçərək Avropaya nəql olunması lazımdır". Qeyd edək ki, 10 milyard dollar dəyərində olan "Cənub axını" kəmərinin Cuqubi (Krasnodar vilayəti, Rusiya)-Qaradəniz-Varna (Bolqarıstan) marşrutu ilə çəkilməsi nəzərdə tutulur. Daha sonra kəmərin ikiyə ayrılaraq bir qolunun Mərkəzi Avropaya, digər qolunun İtalyanın cənubuna qədər uzadılması planlaşdırılır.

Digər xəbərlər