PDF Oxu

Araşdırma

  • 22

"Ermənistanda indi 1,1 milyon insan yoxsuldur və onların əksəriyyəti dilənçi həddindədir"

"Ermənistanda indi 1,1 milyon insan yoxsuldur və onların əksəriyyəti dilənçi həddindədir"
"Ermənistanda indi 1,1 milyon insan yoxsuldur və onların əksəriyyəti dilənçi həddindədir. Şəhərdən kənarda isə işsizlər və yoxsulların sayını kimsə bilmir. Çünki rəsmi statistika bu insanları "gözəgörünməz" hala salaraq gizlədir, qeyri-hökumət təşkilatlarına isə hesablamalar və araşdırmalar aparmağa imkanlar verilmir". SİA-nın xəbərinə görə, bu həqiqətləri Ermənistan parlamentinin deputatı Viktor Dallakyan deyib. O, qeyd edib ki, prezident Serj Sarkisyanın siyasəti nəticəsində Ermənistan yoxsulların çörək qazanmaq üçün ən ağır zəhmətlərə qatlaşdığı bir ölkəyə çevrilib: "Bu problemlərə dözməyən ermənilərdən bəzisi intihar edir, bəziləri canını qurtarmaq üçün ölkədən gedir və ailəsini dolandırmaq üçün müxtəlif xarici ölkələrdə miqrantlıq edir, kimi də Ermənistanı və insanlarını belə heyvani yaşam səviyyəsinə salanlara nifrət bəslədiyini söyləyərək küçələrə çıxır".

Digər xəbərlər