ABŞ Konqresində Xocalı faciəsinin tanınması məsələsi qaldırılıb
Syu Vilkins Mirik ABŞ konqresmeni: "Xocalı faciəsi qurbanlarını xatırlayarkən azərbaycanlılarla birgə kədərlənirik". Birləşmiş Ştatların Şimali Karolina ştatından olan konqresmen Syu Vilkins Mirik ABŞ Konqresində 19 il əvvəl Azərbaycanda törədilmiş Xocalı faciəsinin tanınması məsələsini qaldırıb. Konqresin Nümayəndələr Palatasının spikerinə müraciətində konqresmen deyib: "1992-ci il fevralın 26-na keçən gecə, yəni Xocalı faciəsi adlanan hadisədə yüzlərlə günahsız insan qətlə yetirilib. Biz Xocalı faciəsi qurbanlarını xatırlayarkən azərbaycanlılarla birgə kədərlənirik".