PDF Oxu

Araşdırma

  • 17

Yerevanda keçirilən mitinq qanlı toqquşmalara çevrildi!

Yerevanda keçirilən mitinq qanlı toqquşmalara çevrildi!
Küçələrdə Daxili Qoşunların əsgərlərilə dolu avtobuslara, həmçinin ZTR-lərə rast gəlinir.
Yerevandan gələn məlumatlara görə, mitinqə toplaşan kütlə "İndi! İndi!" şüarları səsləndirməyə başlayıb. Onlar bununla sərt fəaliyyətə keçilməsinə çağırış edir. Nəticədə EMK-nin koordinatoru Levon Zurabyan tribunadan onları sakitliyə çağırmalı olub. Zurabyan nümayişçilərdən aqressiv əməllərə əl atmamalarını istəyib və bunu "prosesin çox ciddi olması" ilə izah edib. Buna baxmayaraq, artıq mitinqçilərlə polis arasında ilk toqquşmalar baş verib. Məlumata görə, insident zamanı EMK-nin bir neçə üzvü həbs olunaraq polis məntəqəsinə aparılıb. Hadisənin detalları hələ ki açıqlanmır.
Milli.Az xəbər portalının "Armenia Today"a istinadən verdiyi məlumata görə, müxalifətin Yerevanın mərkəzində təxminən yarım saat əvvəl başlamış mitinqindən narahat olan Ermənistan rəhbərliyi paytaxta Daxili Qoşunları yeridib. Küçələrdə Daxili Qoşunların əsgərlərilə dolu avtobuslara, həmçinin ZTR-lərə rast gəlinir. Armenia Today"ın məlumatına görə, polis Yerevanı tam təcrid duruma salıb. Aştarak, Ararat və Aparandan paytaxta gələn yollar tam nəzarətə götürülüb, bu yollarda ictimai nəqliyyatın hərəkəti tamamilə dayandırılıb. Polis əyalətlərdən mitinqə qatılmaq üçün Yerevana üz tutmuş insanlara istənilən yolla mane olur. EMK-nin mətbuat katibi Arman Musinyan vəziyyəti "dəhşətli" adlandırıb.
Bəzi yollarda isə hətta silahlı şəxslərə rast gəlinir. Onlar bütün maşınları saxlayır və guya oğurlanmış avtomobil axtardıqlarını iddia edirlər: "Amma nədənsə onlar itkin maşın adı ilə saxladıqları avtomobillərin yük yerlərini də axtarırlar".

Digər xəbərlər