Əhməd Davudoğlu Hillari Klintonla nədən danışıb?
Cenevrədə Türkiyənin xarici işlər naziri Əəməd Davudoğlu ilə ABŞ-ın dövlət katibi Hillari Klinton arasında görüş olub.
Milli.Az xəbər portalının "Milliyet" qəzetinə istinadən verdiyi məlumata görə, onlar regional problemlərə dair müzakirə aparıblar. Liviya, Misir, Tunis, Bəhreyn, Yəməndə baş verən son hadisələr, həmçinin İranın nüvə problemi görüşdə əsas müzakirə mövzuları olub.