Azərbaycan Xəzərdə ən yüksək ekoloji standartlara əməl etməyə çağırır
Bazar ertəsi Aşqabadda öz işinə başlayan "Transxəzər boru kəmərlərinin ekoloji aspektləri" beynəlxalq konfransında iştirak edən Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov Xəzərdə ən yüksək ekoloji standartlara əməl olunmasına çağırıb. "Biz təkcə neft-qaz layihələrinin həyata keçirilməsi üçün deyil, həm də bu sahədə ən yüksək ekoloji standartlara riayət etmək üçün əlimizdən gələni etməliyik", - o deyib. Bununla yanaşı, nazir əlavə edib ki, Xəzər dənizi daima öz təbii resurları ilə məşhur olub və sahilyanı dövlətlərin iqtisadiyyatları üçün bu resursların əhəmiyyəti artmaqda davam edir.