ABŞ dövlət katibinin müavini Qafqazın qonağı olacaq
ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberg fevralın 23-26 Ermənistana, Gürcüstana, Azərbaycana, Albaniyaya və Bosniya və Herseqovinaya səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə məlumatı ABŞ-ın Dövlət Departamentinin mətbuat xidməti yayıb. Məlumata əsasən səfərdə Steynbergi Avropa və Avrasiya məsələləri üzrə Dövlət katibinin müavini Filip Qordon müşayiət edəcək.
Səfər zamanı Azərbaycan prezidenti və digər ölkələrin rəhbərləri ilə görüşlərin keçirilməsi planlaşdırılıb. Görüşlərdə ikitərəfli əməkdaşlıq, regional təhlükəsizliyə dair məsələlər müzakirə olacaq.