PDF Oxu

Araşdırma

  • 14

ABŞ-da "Enerjinin kəsilməsi" adlı əməliyyat...

ABŞ-da "Enerjinin kəsilməsi" adlı əməliyyat...
ABŞ-ın hüquq-mühafizə orqanları Kalifoniya ştatının cənubunda "Erməni gücü" (Armenian Power) etnik erməni cinayətkar qruplaşmasını həbs edəndən sonra bu cinayətkar qruplaşma barəsində yeni məlumatlar dərc olunmağa başlayıb. Erməni KİV-inə istinadən verilən xəbərə görə, ABŞ hüquq-mühafizə orqanları Kaliforniya ştatının cənubunda "Erməni gücü" (Armenian Power) adlı mütəşəkkil cinayətkar dəstənin 102 üzvü barədə cinayət işi qaldırıb. Lakin onlardan 72 nəfəri tutulub, 30 nəfər isə federal axtarışdadır. Qruplaşmaya qarşı davam edən əməliyyatda yüzlərlə Kaliforniya və federal polisin 1000-ə yaxın əməkdaşı iştirak edib. Həbslər Qlendeyl şəhərində və Şərqi Hollivudda həyata keçirilib. Tutulanların hamısı erməni millətinə mənsub olanlardır. Ermənilərə qarşı həyata keçirilən və "Enerjinin kəsilməsi" adlanan əməliyyat zamanı, ilkin olaraq, Kaliforniya ştatındakı ermənilərin "obyekt"lərini himayə edən dəstə üzvləri tutulub. Daha sonra isə qruplaşmanın tərkibindəki qatillər, reketlər, maliyyə fırıldaqçıları və digər erməni cinayətkarlar tutulub. Belə ki, həmin qruplar arasında birbaşa bank kartları fırıldaqları ilə məşğul olan cinayətkar erməni qruplaşmasının həyata keçirdikləri əməliyyatlardan birində "SoCal" maliyyə-investisiya qruplaşmasının müştərilərinin hesablarından 2 milyon dollar oğurlanması olub. ABŞ Federal-Təhqiqat Bürosunun (FTB) direktorunun yardımçısı Stiven Martines ermənilərin mafioz dəstəsinin bütün cinayətləri barədə, hələ ki, məlumatsız olduqlarını deyib. Onun sözlərinə görə, Silver Leyk şəhərindəki "99 Cent Only" marketinin "Erməni gücü"nun himayəsində olması və faktiki olaraq, bu mütəşəkkil cinayətkar qruplaşmaya işləməsi də dəqiqləşdirilib. Həmçinin, mətbu orqanlarında dərc olunan xəbərlərə əsasən, həbs olunan qruplaşma Birləşmiş Ştatlardakı adi cinayətkar dəstələrdən biri olmayıb. Belə ki, ermənilərin ən sıx yaşadıqları Kaliforniya ştatında təhlükəli mafioz dəstəsini, başqalarından fərqləndirən yerli mafioz qruplaşmalarla baş-başa gələrək, şəhərdə "ZEK"-lik etmək istəyi olub. Qruplaşmanı Qlendeyl və Los-Anceles şəhərlərindəki ermənilər 1980-ci illərdə əslən Latın Amerikasından olan mühacirlərin küçə bandalarından qorunmaq üçün yaratdıqları deyilir. Lakin onlar qətllər, atışmalar və reketliklə kifayətlənməyib narkoticarətdən tutmuş, adam oğurluğu, muzdlu qətllər, silah alveri, bank və maliyyə fırıldaqları, bank kartları ilə qanunsuz əməliyyatlar, insan alveri kimi cinayətlərə də məşğul olublar. Həmçinin, Los-Ancelesdəki italyan mafiyası ilə "Erməni gücü" arasındakı "kriminal söhbət"lərində də xeyli erməni və italyan mafioz həlak olub. Məhz bu səbəbdən də mütəşəkkil cinayətkar qruplaşmalara qarşı aparılan əməliyyatlardan fərqli olaraq, "Erməni gücü"nün üzvlərinin həbsini nəzərdə tutan əməliyyata Kaliforniya ştatının baş prokurorunun müavini Lenni Breyer, Los-Anceles şerifi Li Bak və ABŞ Federal-Təhqiqat Bürosunun direktorunun yardımçısı Stiven Martines rəhbərlik ediblər. Əməliyyat bilavasitə ABŞ-ın ədliyyə naziri Andre Birottun nəzarətində olub. ABŞ Federal-Təhqiqat Bürosunun əməkdaşları bildiriblər ki, qruplaşmanın Ermənistan və Rusiyadakı mütəşəkkil cinayətkar qruplaşmalarla yanaşı, korrupsiyaya uğramış dövlət məmurları ilə də sıx əlaqələri olub.

Digər xəbərlər