Serj Sarkisyan niyə qorxuya düşüb?
Ermənistan prezidenti Serj Sarkisyan mühafizəçilərinin sayını artırıb. SİA-nın Ermənistanın "Jamanak" qəzetinə istinadən verdiyi xəbərə görə, ölkədə baş verən son daxili siyasi hadisələr nəticəsində Serj Sarkisyan ən yaxın adamlarına zirehli jilet geyinmək və öz maşınlarını evlərinin qarşısında deyil, Milli Təhlükəsizlik Xidmətinin həyətində saxlamaq barədə göstəriş verib. Eyni zamanda bütün cangüdənlər zirehli gödəkcələrlə təchiz olunub. Bundan əlavə yüksək vəzifəli şəxslərin də evlərinin qarşısında hüquq mühafizə orqanları işçilərinin sayı artırılıb.