PDF Oxu

Araşdırma

  • 22

Sarkisyan Ermənistanı məhvə sürükləyir

Sarkisyan Ermənistanı məhvə sürükləyir
Bu gün Ermənistanın tamamilə məhvə doğru getməsi bir reallıqdır. Alnına "dilənçilik" titulu yazılan bu bədbəxt ölkənin elə bədbəxt prezidenti də var. Şərəfsizliyin və alçaqlığın bariz nümunəsi olan Sarkisyan bu gün özündən qat-qat güclü olan dövlətlərə meydan oxumaq və hegemonluq etmək arzusundadır. Amma qara niyyətli arzular heç də reallığa çevrilmir. Əsil insan olmaq və özgə torpaqlarını geri qaytarmaq üçün iradə və mərdlik gərəkdir. Sarkisyanda isə qətiyyən iradə yoxdur, mərdlikdən isə, ümumiyyətlə, söhbət belə gedə bilməz. Bu gün Sarkisyanın ölkəsində baş verən anarxiya, xaos, yoxsulluq, hərc-mərclik ən pik həddə çatıb. Demək olar ki, özbaşınalıq, zülmkarlıq bütün Ermənistanı öz cənginə alıb. Son zamanlar iqtidar və müxalifət arasında yaşanan gərgin durum ölkəni sanki bir iflic vəziyyətinə salıb. Çox çətin ki, Ermənistan belə bir vəziyyətdən tezliklə çıxa bilsin. Bu gün Ermənistanda yaşayan ermənilərin hamısının ən böyük arzusudur ki, Azərbaycan kimi sivil, güclü, qüdrətli, iqtisadiyyatı, mənəviyyatı zəngin olan bir ölkədə yaşasınlar. Hər bir dövlətin bugünkü real vəziyyəti onun sabahının qarantıdır. Ermənistanın isə bugünkü durumuna, gərgin vəziyyətinə baxsaq, onun sabahından necə danışmaq olar? Ermənistanın yeganə imici yalnız dağılmış iqtisadiyyat, zəif ordu, ölkə daxili özbaşınalıq, yad ölkələrdən asılılıq, narkotika alveri, rüşvətxorluq, korrupsiya. Bütün bunlar isə, əlbəttə ki, ölkə hakimiyyətinin çökməsi deməkdir. Belə bir ölkənin hansı sabahı və gələcəyi ola bilər. Ona görə də ölkəsində qayda-qanun yaratmağı bacarmayan bir "prezident"dən hansı konstruktiv mövqe gözləmək olar? Millət vəkili Elman Məmmədov "Səs"ə açıqlamasında qeyd etdi ki, əgər bu gün Ermənistan müharibə ilə bağlı bəyanat verirsə, bu, onların içindəki böyük qorxudan irəli gəlir. Hər dəfə danışıqları uzatmaq mənfur, alçaq ermənilərin yeganə çıxış yoludur. Əslində isə, Sarkisyan qətiyyən müharibənin olmasını istəmir, hətta demək olar ki, müharibənin əleyhinədir. Ədalətsiz, haqsız, qeyri-konstruktiv mövqe sərgiləməklə haqdan, ədalətdən danışır: "Sarkisyan hər gün simasını dəyişməklə, növbənöv cildə girməklə, yalan, böhtan, şər danışmaqla düşünür ki, nəyəsə nail olacaq. Əslində isə, Sarkisyan özü də yaxşı anlayır ki, bu yolla heç nəyə nail olmayacaq, əksinə, itirəcək. Danışıqları uzatmaqda regionda maraqlı, qüvvələrin marağını demək olar ki, bir növ təmin edir. Çünki Sarkisyan qeyri-konstruktivlik göstərməsə, Ermənistana havadarlıq edən dövlətlərin göstərişi və nazı ilə oynamasa həmin dövlətlər Ermənistanı tamamilə dünya birliyindən təcrid edər. Əslində, regionda baş verən bütün proseslərə real nəzərlə baxsaq, görərik işğal altında olan torpaqlarımızın qayıtması üçün uzun bir müddət lazım gəlməyəcək. Azərbaycan çoxdan sülh yolu mövqeyini seçib. Sadəcə olaraq, bəzi qüvvələrin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin tərəfli mövqe tutması, Ermənistan prezidentinin qeyri-konstruktiv addımlar atması, superdövlətlərin Dağlıq Qarabağ münaqişəsinin həllinə ikili standartdan yanaşması münaqişənin həllini uzadır. Amma bütün bu bəhanələr Azərbaycanın dəyişməz mövqeyinə qətiyyən təsir edə bilməz. Sülh yolunu seçən Azərbaycan istənilən halda müharibə yolunu da seçib torpaqlarını işğaldan azad edə bilər". Erməni qəddarlığından, məkrindən danışan millət vəkili Elman Məmmədov bildirdi ki, ermənilər işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi abidələrini dağıdıb, yaşayış məskənlərinin, xüsusilə də, Ağdamın adını dəyişdiriblər. Ermənilərin vəhşi, qaniçən, əxlaqi dəyərlərdən uzaq bir xalq olması elə buradan bəlli olur: "Ermənilərin Azərbaycana qarşı etdiyi bütün haqsızlıqlara baxmayaraq, Azərbaycan Ermənistana qarşı müharibə etmək fikrində deyil, əgər dövlətimiz müharibə yolunu seçərsə, heç bir beynəlxalq qanunları pozmur. Bu, BMT-nin nizamnaməsində də öz əksini tapır. Azərbaycan BMT-nin nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq, öz ərazisindəki Azərbaycan Konsitutiyasını və qanunlarını tanımayan qanunsuz qurumları və silahlı birləşmələri ləğv etmək üçün istənilən vaxt bu hüququ özündə saxlayır. Ermənistan hər hansı beynəlxalq təşkilatın Dağlıq Qarabağ məsələsində onun işğalçı mövqeyini müdafiə etməsinə çalışır. Azərbaycan öz ərazisində antiterror əməliyyatı aparsa, nə Rusiyanın, nə də başqa bir dövlətin ixtiyarı yoxdur ki, Azərbaycanın hansısa daxili işinə qarışsın. Heç bir müharibə region üçün qətiyyən müsbət nəticə gətirmir, amma hər cür zirehli texnikaya malik olan Azərbaycan üçün müharibə işğal olunmuş torpaqlarının geri qaytarılması deməkdir".

Digər xəbərlər