PDF Oxu

Araşdırma

  • 19

Yeni Konqres və ya quyruğu qapı arasında qalan ermənilər

Yeni Konqres və ya quyruğu qapı arasında qalan ermənilər

Dəyişiklik...

Bildiyimiz kimi, Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası yenidən formalaşmaqla tərəfindən yürüdülən geosiyasi baxışlarında bir sıra dəyişikliklər nəzərə çarpmağa başladı. Təbii ki, siyasi baxışları, palatalarda fəaliyyət göstərən konqresmenlər bütövlükdə müəyyənləşdirmirlər. Yəni irəli sürülən fikir və təkliflərdə yekdil rəy formalaşmır. Lakin Nümayəndələr Palatasının rəyasət heyətində oturanın razılaşmalıyıq ki, müəyyən təsir imkanları mövcuddur, bu da çıxarılacaq qərarlara, qanunların qəbulu kontekstlərinə, bir sözlə, səsvermələrə yönəldici rol oynayır. Məsələn, ermənipərəst eks-spiker Nensi Pelosi kimi. Spikerliyin demokratlardan respublikaçılara keçməsində Nümayəndələr Palatasındakı ani dəyişikliklərin baş verdiyinə də diqqət yetirsək, qeyd olunanların nə qədər həqiqətə uyğun olduğunun şahidi olarıq. Bu, eləcə də, ABŞ-ın dünyaya qlobal baxışının dəyişilməsinə də təsir edən amillərdəndir. Təkcə ölkəmizə səfir təyinatının gecikdirilməsi, problemlərin yaradılması və bu kimi digər arzuolunmaz hadisələrin cərəyan etməsi də Nensi Pelosinin bilavasitə fəaliyyətinə bağlı idi. Metyu Brayzanın məhz respublikaçılar Konqresə gəlişindən sonra Azərbaycana səfir təyinatı da bu deyilənlərdəndir.

"The New Üork Post" nə yazır?

Nüfuzlu qəzetin yazdığına görə, Birləşmiş Ştatlar Konqresi yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsi ətrafında baş verən son prosesləri bir daha nəzərdən keçirəcək. Daha dəqiq desək, məlum münaqişənin dinc danışıqlar, sülh yolu ilə nizamlanmasının müzakirələrinə başlayacaqdır. "The New Üork Post" bu məlumatı ABŞ Konqresinin Tədqiqatlar Xidmətinin məruzəsinə istinad edərək yazır. Belə ki, vurğulanmış fikirlər, eyni zamanda, qeyd edilir ki, konqresmenlər və Konqresin müxtəlif istiqamətli komitə üzvləri üçün xüsusi sənəd hazırlanıb. Təqdim olunacaq sənəddə ABŞ Konqresini 112-ci çağırışının ilk iclasında Azərbaycanın enerji sektorunun inkişafı, Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar və sülh yolu ilə nizamlanması, eləcə də, digər məsələlər prioritetlik təşkil edəcək.
"The New Üork Post"un səhifələrində sözügedən mövzu işıq üzü gördükdən sonra ABŞ-da və digər Qərb dövlətlərində məskunlaşan ermənilər- diaspora nümayəndələri müxtəlif dövlət və hökumət strukturlarında təmsil olunan ermənilər və onların ermənipərəst havadarları bundan bərk narahatlıq hissi keçirməyə başlayıblar. Onlar sözügedən müzakirələrdə ciddi nigarançılıq hisslərini müxtəlif vasitələrlə büruzə verməyə səy göstərirlər. Qeyd edək ki, Metyu Brayzanın da Azərbaycana səfir postuna təyinatından sonra da erməni tərəfində ciddi qorxu və çaxnaşmalar yaranmışdı.

Xoflanan ermənilər...

Erməni İnqilabi Federasiyası-Daşnaksütyunun Yerevan bürosunun rəhbəri "Hay Dat" ("Erməni məsələsi") təşkilatının Ermənistan ofisinin sədri Kiro Manoyan ABŞ Konqresinin Nümayəndələr Palatasının müzakirəyə çıxaracağı məsələ ilə əlaqədar əndişələndiyini etiraf edir. O, "Reqnum" informasiya agentliyinə verdiyi açıqlamasında deyib: "ABŞ Konqresi Dağlıq Qarabağ münaqişəsinin müqayisə etsə belə, yalnız Birləşmiş Ştatların dövlət büdcəsi və Qarabağa maliyyə yardımları ilə birlikdə nəzərdən keçirəcək". O özünə və erməni xalqına aldadıcı təskinlik verərək , deyib ki, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanma yollarının gündəmə gətirilməsi ehtimalı çox deyil: "Əgər Konqresdən bu məlumatlar verilibsə, bu, o demək deyil ki, sözügedən məsələ gündəmdədir, ya da gündəlikdə deyil".
Faktiki olaraq, burada Kiro Manoyanın ciddi psixoloji narahatçılıq hisslərinin şahidi oluruq. Yəni, Konqresdən nüfuzlu qəzetə verilən açıqlamanı həzm edə bitməyən, xoflanan Manoyan özbaşına olaraq, Konqres tərəfindən verilmiş rəsmi açıqlamanı təkzib etməyə cəhd göstərir. Daha sonra o, bir az da irəli gedərək, "hesab edir" ki, Konqresdə Dağlıq Qarabağa y ardım məsələsi müzakirə olunanda Ermənistan- Azərbaycan münaqişəsinin nizamlanmasının problematikanın da gündəmə gətirilməsi şərt deyil. Lakin bir daha vurğulamalıyıq ki, ermənilərdən fərqli olaraq, ABŞ Konqresinin və Nümayəndələr Palatasının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması yollarını müzakirəyə çıxaracaqları ilə bağlı fikirləri artıq rəsmi xarakterli məlumatlar sırasına daxil olmaqdadır.

Problemin həll olunması maraqları

Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan ərazilərinin bir hissəsinin erməni işğalında olması problematikası ABŞ-ın Cənubi Qafqaz regionu ilə bağlı geosiyasi planların həyata keçirilməsində ciddi maneə-baryer rolunu oynayır. Məhz bu səbəbdən də Konqresin dalana dirənmiş problemin həllini sürətləndirməyə səy göstərəcəyi şübhə doğurmur. Lakin ermənilərin bundan ciddi-cəhdlə yayınmaları, yersiz iddiaları və narahatçılıq hisslərinin girovuna çevrilmələri də anlaşılandır.
Qondarma "erməni soyqırımı"nın ABŞ tərəfindən rəsmən tanınmasını nəzərdə tutan qanun layihəsinin Konqresin müzakirəsinə çıxarılması və rəsmi Ağ Evin son məlum açıqlamaları, bütövlükdə, erməniləri qəm dəryasına qərq edib. ABŞ Konqresinin sözügedən mövzu ətrafında atdığı son qətiyyətli addımlar rəsmi Vaşinqtonun Cənubi Qafqazla bağlı siyasətinin hər hansı lobbilər, ya da qüvvələr vasitəsilə müəyyənləşdirilməsi ilə əlaqədar yersiz, yalnış iddiaların da nə qədər qeyri-obyektiv olduğunu sərgilədi.
Konqresdə Dağlıq Qarabağla bağlı müzakirlərin keçiriləcəyi tədbirdə Ermənistanla Dağlıq Qarabağdakı separatçı rejimə yönəlik sərt məqamların yer alacağı qətnamə, eləcə də, bəyanat verilə bilər.

Reallaşan ehtimallar

Digər tərəfdən ABŞ-ın Dağlıq Qarabağdakı separatçı rejimə maliyyə yardımları məsələsi də erməniləri əməlli-başlı pərişan duruma sala bilər. Belə ki, onlara verilən yardımlar nəinki artırılmayacaq, həmin yardımların azaldılması ehtimalı reallığa daha yaxın görünməkdədir. Bu barədə, ABŞ-ın tanınmış politoloqu, Avrasiya məsələləri üzrə ekspert Cim Nikol danışıb: "Konqresə demokratların nümayəndəsi rəhbərlik edərkən, biz Dağlıq Qarabağa edilən yardımların artırılması ilə bağlı müzakirələrin sıx-sıx getdiyini müşahidə etdik. Ancaq demokratlardan fərqli olaraq, respublikaçıların vəziyyəti ələ almaları həmin yardımları bir daha nəzərdən keçirilməsi ehtimalını gerçəkləşdirəcək".
Cim Nikolun rusiyalı həmkarı, politoloq, Rusiya Siyasi Elmlər Akademiyasının şöbə müdiri, Cənubi Qafqazdakı münaqişələr üzrə ekspert Sergey Ribolovlev də ermənilərin məngənədə sıxılıb qalacaqlarını proqnozlaşdırıb: "Ermənistan rəhbərliyi və Dağlıq Qarabağdakı ermənilər yaxşı anlayırlar ki, amerikalıların səbri tükənməkdədir. Bu, yalnız ABŞ-ın Azərbaycana bəslədiyi xüsusi münasibətləri deyil, eləcə də, məlum münaqişənin Ağ Evin Cənubi Qafqazdakı maraqlarına zərər vurması ilə bağlıdır. Amkerikalılar stabil və sakit Cənubi Qafqazda maraqlı olmaqla yanaşı, təbii ki, öz mənafelərini təmin etməyə çalışırlar. Bu səbəbdən də Amerika Konqresinin Nümayəndələr Palatasında Dağlıq Qarabağ münaqişəsinin müzakirəyə çıxarılması ehtimalının reallaşması ermənilərə yaxşı heç nə vəd etmir, erməniləri qarşıda çox çətin sınaq dövrü gözləyir".
Göründüyü kimi, istər ABŞ-ın, istərsə də Qərbi Avropanın mühüm dövlət strukturları və qanunverici orqanları tərəfindən ədalətin məhz Azərbaycan tərəfində olduğu növbəti dəfə təsdiq olunmaqdadır. Və istənilən halda işğalçı Ermənistan hakimiyyətinin, Qarabağdakı separatçı rejimin göstərdikləri səylər nəticəsiz qalmaqla problemin bütün variantlarda həllinə imkanlara da yol açılır. Daha dəqiq desək, istənilən halda münaqişənin məhz Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağı gün elə də uzaqda deyil.

Digər xəbərlər