PDF Oxu

Araşdırma

  • 11

“Səs” qəzeti mətbuatın formalaşmasında mühüm rol oynayır

“Səs” qəzeti mətbuatın formalaşmasında mühüm rol oynayır


Hörmətli Bəhruz müəllim,
Azərbaycanın şərəfli mətbuat tarixinin ayrılmaz bir parçası olan "Səs" qəzetinin 20 yaşı tamam olur. Ölkədə ictimai fikrin obyektiv əsaslarla formalaşmasında böyük xidmətlər göstərmiş "Səs" qəzeti müstəqillik dövrü Azərbaycan mətbuatının formalaşmasında və inkişafında özünəməxsus mühüm rol oynayıb.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu əsas götürən "Səs" qəzeti onun ideoloji tezislərinin, ideyalarının carçısı olub və öz peşəkar, ləyaqətli kollektivi ilə bu işin öhdəsindən hər zaman uğurla gəlmişdir. Qəzetin fəaliyyəti bu gün uğurla davam edir. "Səs" qəzetinin yaranmasının 20-ci ildönümü ilə əlaqədar kollektivinizi təbrik edir, fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm.

Kamal Abdullayev, Əməkdar elm xadimi,AMEA-nın müxbir üzvü, Bakı Slavyan Universitetinin rektoru, professor

Digər xəbərlər