PDF Oxu

Araşdırma

  • 30

Azərbaycan həqiqətlərinin qlobal virtual məkanda yayılmasında hansı çətinliklər var?

Azərbaycan həqiqətlərinin qlobal virtual məkanda yayılmasında hansı çətinliklər var?
Qloballaşan Dünyaya İnteqrasiya İctimai Birliyinin(QDIIB) ofisində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilən "Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətin diqqətinə sistemli çatdırılmasında gənclərin və digər vacib tərəflərin virtual məkanda səfərbər edilməsi" layihəsi çərçivəsində növbəti tədbir- "İT sferasında Azərbaycan həqiqətlərini yaymaq üçün istifadədə rast gəlinən çətinliklər və onların aradan qaldırılması" mövzusunda dəyirmi masa keçirilib. SİA-nın xəbərinə görə, dəyirmi masada ekspertlər, QHT və gənclər təşkilatlarının, eləcə də KİV nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan QDİİB-nin sədri İlkin Ağayev bildirib ki, informasiya müharibəsində İKT yeniliklərindən istifadə vacibdir. Bu gün bütün dünya üzrə internet vasitəsi ilə aparılan informasiya müharibəsində internet saytları, bloqlar mühüm rol oynayır. Bu tip saytların Azərbaycanda da yaradılması və bu tip bloqlarını sayının daha çox olması çox vacibdir. Amma əsas məsələ bunlardan səmərəli istifadədir.
"İRƏLİ" İctimai Birliyinin İKT Mərkəzinin nümayəndəsi, ekspert Xaqani Fərəcov bildirib ki, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində müəyyən işlər görülüb və indi də görülür, amma bunlar kifayət deyil. Burada problemli məsələ Azrbaycanda insanların bu həqiqətləri dünyaya sadə dildə çatdıra bilməməsindədir.
Dəyirmi masada çıxış edən Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin tyutoru, İKT üzrə ekspert Faiq Xudanlı qeyd edib ki, bloqları və saytları olan qurumların bir koordinasiya şurası yaradılmalıdır.
Dəyirmi masada çıxış edən Bakı Slavyan Universitetinin Diplomatiya və Xarici siyasət kafedrasının müəllimi, QHT nümayəndəsi Sübhan Talıblı bildirib ki, xarici vətəndaş, istərsə adi vətəndaş, istətrsə də biznesmen internetin qarşısında oturarkən Azərbaycan haqqında normal bir məlumat tapa bilmir. Bu, bütün sahələrə aiddir. Bu məlumatlar çox azdr və ən başlıca probelem də ondan ibarətdir ki, bu məlumatlar ingilis, rus, fransız, ərəb və digər başqa dillərdə yoxdur. Bu da saytın xarici istifadəçilərinin sayının az olmasına gətirib çıxardır.
Dəyirmi masada iştirak edən gənclər təşkilatlarının nümayəndələri də bu məsələ ilə bağlı narahatlıqlarını bildiriblər və Azərbaycan həqiqətləri, xüsusilə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatların azlğına diqqət yetiriblər.
Bildirilib ki, gənclər arasında da təbliğat işləri sürətləndirlməlidir. Maarifləndirici bukletlər, müxtəlif xarakterli informasiyalar cəmiyyətdə daha çox yayılmalıdır. Tələbələr bildirdilər ki, təəssüf ki, biz hər hansı reklam bukletlərini daha çox görürük, nəinki Dağlıq Qarabağ məsələsi ilə bağlı informasiyaları.
Daha sonra müzakirələr nəticəsində ərsəyə gələn təkliflər qəbul edilib. Təkliflərin müvafiq qurumlara paket halında göndərilməsi qərara alınıb.

Digər xəbərlər