PDF Oxu

Araşdırma

  • 19

"ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların tempini sürətləndirməlidirlər"

"ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqların tempini sürətləndirməlidirlər"
"Dağlıq Qarabağla bağlı çoxlu həyəcan doğuran təhlükəli siqnalların şahidi oluruq və vəziyyət bir neçə səbəbdən narahatlıq yaradır. ATƏT-in Minsk Qrupunun həmsədrləri siyasi həll yolu axtarılan danışıqların tempini sürətləndirməlidirlər". Bu sözləri 2011-ci il yanvarın 1-dən ATƏT-də sədrlik edəcək Litvanın xarici işlər naziri Audronyus Ajubalis qurumun jurnalına müsahibəsində deyib. Ölkəsinin ATƏT-də sədrlik edəcəyi dövrdə həlli uzadılmış münaqişələrin nizamlanmasına yanaşmasını açıqlayan A.Ajubalis vurğulayıb ki, ATƏT-in hər bir sədri bu cür problemlərin həlli yollarını təklif etmək istəyir. Gözlənilir ki, hazırkı sədr daha çevik fəaliyyət göstərəcək, mühüm tərəflərlə məsləhətləşəcək, münaqişəli vəziyyətlərin həlli üçün siyasi, maliyyə və digər alətləri səfərbər edəcəkdir. İstərdim ki, ATƏT Cənubi Qafqazda daha fəal rol oynasın.

Digər xəbərlər