Əhməd Davudoğlu: "Türkiyə tarixdə baş vermiş hadisələrlə bağlı hər cür üzləşmələrə və çalışmalara hazırdır"
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu "erməni soyqırımı" iddiaları ilə bağlı hər cür üzləşmələrə və çalışmalara hazır olduğunu bildirib.
SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı ilə əlaqədar İstanbulda olan Davudoğlu ABŞ Konqresində Türkiyə-ABŞ, Türkiyə-Ermənistan münasibətlərinə zərbə vura biləcək heç bir hadisənin olmamasından məmnun olduğunu vurğulayıb. O bunun üçün Obama və Klintona təşəkkür edib: "Tarixi hadisələrə siyasi cəhətdən qiymət verilməməlidir. Türkiyə tarixdə baş vermiş hadisələrlə bağlı hər cür üzləşmələrə və çalışmalara hazırdır. Artıq anlaşma, dialoq, razılaşma zamanı yetişib. Bu cəhdlərin Türkiyə-ABŞ, Türkiyə-Ermənistan münasibətlərinə zərər vuracağını vurğulamaq istəyirəm".