Özlərində qondarma "hay tarixi" yaradan, qapıbir qonşuları olan Azərbaycan və Türkiyənin ərazilərinə həyasızcasına iddia edib "böyük Ermənistan" xəyalları ilə "yaşayan" mənfur ermənilərin atdıqları hər bir addımda ətraflarına spesifik xislət saçmaları nəinki bizlərə, eləcə də, beynəlxalq aləm də məlumdur. Bu gün dünyada bir sıra ölkələrində iqtisadi böhranın cövlan elədiyi bir vaxtda (ölkəmiz öz gücü sayəsində bu böhranı yaşamadı!-R.R) hansısa inkişafdan, tərəqqidən danışması, Ermənistanın hər vəchlə "güclü" olmasını bar-bar bağırması istehzalarla qarşılanır. Mütəmadi olaraq ağlayıb-sızlayıb, dizin-dizin sürünüb xarici dövlətlərdən dilənçi payı almağa səy göstərən Yerevanın yüksəlişdən danışmağa, ümumiyyətlə, haqqı yoxdur. İşğalçı Ermənistanın iqtisadiyyatının anbaan baş verən tənəzzülünü, çöküşünü adi nəzərlərlə seyr etmək olar.
Belə ki, Ermənistan rəhbərliyi tez-tez"iqtisadi-sosial artım" rəqəmlərinə söykənərək, nikbin proqnoz mesajları versə də, həqiqətdə səfalətdən, işsizlikdən, aclıqdan əzab çəkən əhalini həmin rəqəmlərlə yedizdirib-doyuzdurmaq, başını qatmaq qeyri-mümkündür. Ölkənin bütün sahələrini əhatə edən ümumi durumu günlər keçdikcə daha da ağırlaşır. Qara buludlartək baş alıb gedən böhran sürətlə böyüyərək yaxın gələcəkdə bərpası mümkün olmayacaq ölümcül fəsadlar törədir. Həm beynəlxalq, həm də bu ölkənin iqtisadi şərhçilərinin irəli sürdükləri analizlərə görə, bu hal özünü iqtisadiyyatın bütün sahələrində göstərir. Qeyd olunur ki, bir yandan təcavüzün, işğalçılıq siyasətinin, digər tərəfdən isə iqtisadi böhranın vurduğu ölümcül zərbədən güclə ayaq üzərində dayanmış Ermənistan iqtisadiyyatının yenidən dirçəlməsi fantastikadan başqa heç nə deyil. Məhz bu səbəblərə görə, ölkə rəhbərliyinin yeganə ümid yeri xaricdən edilən yardımlar, erməni lobbisinin ianələridir.
Ancaq bu ümidlər də özünü doğrultmur. Xalq o qədər ac və səfildir ki, ölkəyə daxil olan ianələrin məbləğindən asılı olmayaraq, bir neçə gün içində tükənməsi vəziyyəti daha da ağırlaşdırır. Üsyan halında partlamağa hazır olan qara erməni camaatı hər an qanlı-qadalı çevrilişə əl ata bilər. Çünki buna səbəb ola biləcək digər nüans da mövcuddur. Bu, Rusiyanın Ermənistana yatırılan investiyaların azaldılması ilə bağlıdır. Bir sözlə, ölkə çıxılmaz vəziyyətdədir. Üstəlik, ölkədə azad bazar iqtisadiyyatının formalaşmaması, inhisar və özbaşınalıq, korrupsiya və rüşvətxorluq, qiymətlərin günbəgün, saatbasaat qalxması, daxili istehsalın idxaldan baha başa gəlməsi də durumu ölkədaxili gərginliyə sürüyür. Daha dəqiq desək, Ermənistanda işsizliyin baş alıb getdiyini, nəticədə əhalinin alıcılıq qabiliyyətinin aşağı olduğunu nəzərə aldıqda, şübəhəsiz ki, bu ölkədə narazılıqların yaranması qaçılmazdır.
Proqnozlar erməniləri daha da qorxudur
Artıq Ermənistan ictimaiyyətinin nümayəndələri, ziyalılar və digər təbəqələr çıxış yolunu siyasi hakimiyyət sisteminin dəyişdirilməsində görür. Çünki bir-birini əvəzləyən proqnozlar onları daha da qorxudur. Məsələn, Ermənistan Milli İstehsalçılar Assambleyasının direktoru bu ilin sonuna kimi növbəti kəskin bahalaşmanın baş verəcəyini bildirib. Akopyan qeyd edib ki, 2011-ci il ərəfəsində ölkəyə at çapdıran inhisarçı biznesmenlər qiymətləri bahalaşdırmaqla daha çox qazanc əldə etməyə səy göstərəcəklər. Daha sonra o bildirib ki, yeni il ərəfəsində bütün dünyada qiymətlərin ucuzlaşması təmin edilsə də, Ermənistanda hər şey əksinə olur. Bu gün Ermənistan bazarının 85 faizini təşkil edən idxalçıların qiymətləri qaldırması xalqı çıxılmaz vəziyyətə qoyub.
Ermənistan siyasətçilərinin əksər hissəsi, hətta iqtidaryönlü partiya sədrləri də hakim partiyaya qarşı radikal mövqeyə keçməyə başlayıblar. Ölkənin "Yeni Zaman" partiyasının sədri Aram Karpatyan Ermənistanın başsız qalmasını dilə gətirib. "Ölkədə Serj Sarkisyan var, prezident yox, Tiqran Sarkisyan var, baş nazir yox" deyən Karpatyanın düşüncəsinə görə, belə bir şəraitdə klan-oliqarx sisteminin dəyişdirilməsinin mümkünsüz olduğu bildirilir. A.Karpatyan öz təklifində bildirib ki, vəziyyətin təməlinin dəyişməsi üçün siyasi meydanın təmizlənməsi, vergilərdən yayınan oliqarxların vergi sisteminə məcburi qaydada qaytarılması, inhisarçılığın aradan götürülərək ləğv edilməsi kimi tədbirlər həyata keçirilməlidir. Bəlli olduğu kimi, iqtisadi gerilik, təbii olaraq, ilk öncə əhalinin maddi-sosial rifahına əks-təsir göstərir. Bununla yanaşı, işğalçı dövlətdə yeni sosial obyektlərin, infrasturukturun, müəssisələrin, zavod və fabriklərin inşasının yox səviyyəsində olması yeni iş yerlərinin açılmasına maneələr yaradır. Çıxış yolunu xaricə getməkdə görən gənc və orta yaşlı nəsil ölkəni kütləvi şəkildə tərk edir. Qeyd edək ki, Ermənistandakı ailələr əsas dolanışıq mənbələrini xaricdə yaşayan qohumlarından alırlar. Bu cür dilənçi həyatlarından bezənlər isə son qəpik-quruşlarına bilet alıb, ölkəni birdəfəlik tərk etmək məcburiyyətində qalırlar.
Qarşısıalınmaz
böyük köç
Nüfuzu ilə seçilən beynəlxalq "Qallup" təşkilatı Ermənistanda baş qaldıran kütləvi köç kampaniyasını öz hədəfinə alaraq, sorğu keçirib. Bu sorğunun nəticələrinə görə, ölkə əhalisinin yarı faizinə çox yaxını - 44 faizi xaricdə yaşayıb-işləmək istəyirdi. Keçirilən sonuncu sorğunun nəticələri isə həmin sorğunu keçirənləri şoka salıb. Məlum olub ki, iki sorğu arasında bir neçə ay fərqin olmasına baxmayaraq, 44 faiz 25 faiz də artaraq 70 faiz dairəsinə yüksəlib. Belə getsə, Ermənistan adlandırılan ölkədə, ümumiyyətlə, vətəndaş mövcudluğu, ya da amili yox olacaq. Bütün bunlar, əslində, ölkənin durumu ilə ciddi siqnaldır. Heç də təsadüfi deyil ki, Ermənistan iqtidarı insanların gözünü qorxutmamaqdan, onları təşvişə salmamaqdan ötrü ölkədə cərəyan edən acınacaqlı vəziyyəti, iqtisadiyyatın yox olmasını əhalidən müxtəlif vasitələrlə gizlətməyə cəhd edir. Buna baxmayaraq, "Ermənistandakı iqtisadi artım tempi"ni öz acınacaqlı həyatında hiss etməyə, səfil ermənilərin xarici ölkələrə axınının qarşısını almaq artıq mümkün deyil. Hər il minlərlə insan yuxarıda sadalanan bu və digər problemlər üzündən xaricə böyük köç edir. Nəzərə alsaq ki, əhalinin əsas gənc və orta nəslin nümayəndələrindən ibarət iş qabiliyyətli hissəsi ölkəni kütləvi surətdə tərk edir, onda bu halın davam etməsi Ermənistan əhalisinin sürətlə qocalması anlamını reallaşdıracaq.
Beynəlxalq təşkilatlardan başqa Ermənistanın da bir sıra təşəbbüs qrupları, QHT-ləri demoqrafik dəyişikliyin problem olaraq qlobal xarakter almasını həyəcanla bildirirlər. Məsələn, bu ölkənin "Sardarapat təşəbbüs qrupu öz bəyanatında bildirib ki, iqtisadiyyatın tam inhisarlaşması, kiçik və orta biznesin məhv edilməsi, kəndlərin dağılması, təsərrüfatın yoxluğu, ekoloji böhranın yetişməsi, kriminal-inhisarçı-oliqarx üçlüyün idarə sisteminin tətbiq edilməsi, yerlərdə baş verən ədalətsizlik, qanunun tətbiqinin bir nəfərə və onun ətrafına həvalə edilməsi, xalqın gələcəyə olan inamının tam söndürülməsi, hakimiyyətin işğal olunmuş Dağlıq Qarabağ torpaqları ilə bazarlıq etməsi və bütün bu sadalanan amillər Ermənistan vətəndaşlarının vətəni tərk etməsinə gətirib çıxarıb: "Ermənistan iqtisadiyyatının yürütdüyü siyasət nəticəsində ölkədə yaşanan siyasi, iqtisadi, hüquqi, sosial və mənəvi-psixoloji böhran Ermənistanda demoqrafik vəziyyətin gərginləşməsinə səbəb olub."
"Sardarapat" hərəkatı Avropa Şurası ("Şərq tərəfdaşlığı"), Rusiya ("Həmvətənlar") və ABŞ-ın (Qreen Kart") keçirdiyi proqramlara qarşı çıxaraq, bildirib ki, Ermənistanda təhlükəsizlik məsələləri ilə bağlı problemlərin olduğu üçün əhali Ermənistanı bu cür proqramlar vasitəsi ilə tərk edir. Həyəcan təbili çalan "Sardarapat" təşkilatı belə getsə, nəinki Qarabağın, eləcə də, bütün Ermənistanın təhlükədə olduğunu vurğulayıb. Bu isə onların qorxu və təlaş içində yaşadıqlarına bir sübutdur: "Azərbaycanla Ermənistan atəşkəs şəraitindədir. Türkiyə də sanki artıq Ermənistana düşmən ölkə münasibəti bəsləmir. Ancaq hələ də Ermənistan-Türkiyə sərhədində Türkiyənin 3 səhra ordusu yerləşdirib. Gürcüstan isə Cavaxda antierməni siyasəti yürüdür ki, bu da Ermənistan şimal qapısı üçün təhlükə yaradır."
İşğalçılıq siyasətinə son qoyulmasa, daha ağır nəticələr olacaq
Əslində, Ermənistanın bərbad hala düşməsində daxili amillərdən çox, xarici faktorlar rol oynamaqdadır. İşğalçı və təcavüzkar Ermənistan bu siyasəti üzündən, uzun illərdir ki, blokada vəziyyətindədir. Eyni zamanda, apardığı uğursuz xarici siyasətinin nəticəsi olaraq, Ermənistan Cənubi Qafqaz regionunda həyata keçirilən bütün genişmiqyaslı layihələrdən uzaqda qalıb. Regiondakı dövlətlərin qarşılıqlı anlaşma, hörmət və eynihüquqlu iş birliyi şəraitində nəhəng layihələr gerçəkləşdirildiyi bir vaxtda, Ermənistan yalnız prosesi kənardan seyr etməklə kifayətlənməyə məcburdur. Terrorçu Sarkisyan hakimiyyətinin işğalçılıq siyasətini davam etdirməkdə israrlığı isə onun ölkəsini fəlakət yarğanına yuvarlayır. Ölkədəki bütün proseslərin hazırkı durumu isə bir daha sübut edir ki, Ermənistanda inflyasiya, qiymət artımı, demoqrafik tənəzzül növbəti il də davam edəcək. Bu isə böyük köç və yoxolma anlamının ilkin közərtiləridir.