PDF Oxu

Araşdırma

  • 16

Ermənistan ordusunda intihar halları artır

Ermənistan ordusunda intihar halları artır

Azərbaycan torpaqlarının 20%-ni böyük havadarlarının köməyi ilə işğal etmiş Ermənistanda siyasi, iqtisadi və sosial böhranlarla yanaşı, hərbi böhran da güclənir. Hər gün erməni əsgərlərinin bir-birini qırması, intihar etməsi kimi xəbərlər yayımlanır. Bütün bunlar işğalçı ölkənin ordusunun çox pis durumda olduğunu və getdikcə dağılmağa doğru yuvarlandığını göstərən faktlardır.

Bu il işğalçı ordusunda 44 nəfər həlak olub

Bir neçə gün öncə Ermənistan ordusunda daha bir hərbçi ölümü qeydə alınıb. "Jamanak" qəzeti xəbər verir ki, Lusakertdə yerləşən hərbi hissələrin birində əsgər intihar edib. Əsgərliyə cəmi 1 gün əvvəl gəlmiş gənc xidmət etmək istəmədiyini bildirib və özünü pəncərədən atıb. Müdafiə Nazirliyinin mətbuat xidməti hadisəyə şərh verməkdən boyun qaçırıb.
Ümumiyyətlə, nazirlik bu tip məlumatları gizlətməyə, ört-basdır etməyə çalışır. Lakin Ermənistan çox balaca ölkədir və burada hər şeydən tez xəbər tutmaq olur. Hətta qapalı sayılan orduda baş verənlərdən də.
Ermənistan ordusunda bir neçə gün öncə 4 hərbçinin ölümü, 4 nəfərin yaralanması ilə nəticələnmiş silahlı insident ətrafında müəammalar bitmir. "Haykakan Jamanak" qəzetinin məlumatına görə, Müdafiə Nazirliyinin hadisənin əsil mahiyyətini ört-basdır etmək istəyi baş tutmur. Məsələ ondadır ki, nazirlik baş verənlərlə bağlı yaralı əsgər Manvel Azoryanın barəsində həbs qərarı çıxarıldığını, onun günahını boynuna aldığını bildirir. Guya məhz Azoryan 4 həmkarını öldürdükdən, 3-nü isə yaraladıqdan sonra özünü güllələsə də, sağ qalıb.
Lakin təkrar ekspertizada yaralı hərbçinin bədənində yalnız öz silahına deyil, digər silaha məxsus da güllə aşkarlanıb. Bu isə onun kim tərəfindənsə güllələndiyini göstərir. Rəsmi açıqlamada isə bu haqda heç nə deyilmir.
Bu kimi halların çoxluğu Ermənistanda ən qapalı strukturlardan biri olan silahlı qüvvələrdən cəmiyyətin narazılığı artırıb. Erməni ordusunda qətl, quldurluq, intihar və ölümlərlə bağlı statistika durmadan artır. Rəsmi statistikaya görə, 2010-cu ilin yanvar-oktyabr aylarında Ermənistan silahlı qüvvələrində 89 hərbi qulluqçu həlak olub, 102 nəfər yaralanıb.
Dağlıq Qarabağ ərazisində baş vermiş son hadisə Ermənisan ordusunda çox böyük problemlərin olduğuna bir daha dəlalət edir. Ermənistanın hakimiyyət dairələri ordudakı intizamsızlıq, başıpozuqluq və artan ruh düşkünlüyünü artıq ictimaiyyətdən gizlədə bilmirlər. Hərbi ekspertlərin fikrincə, hadisələr indiki məcrada davam edərsə, Ermənistan ordusunda situasiya kritik həddə çata bilər.

Ermənistanda ordudan yayınan 10 mindən çox gənc axtarışdadır

Rusiya Müdafiə Nazirliyinin rəsmi mətbu orqanı olan "Krasnaya Zvezda" qəzeti Ermənistanın diaspora naziri Qranuş Akopyana istinadən yaydığı məlumata görə, mövcud problemin nizamlanması üçün Ermənistan hökuməti qanunlara dəyişikliklər etməyi təklif edib. Bura ordudan yayınmış, 2010-cu il noyabrın 1-dək 27 yaşı tamam olmuş şəxslərin cinayət təqibinin dayandırılması, məcburi xidmət keçmək istəməyən vətəndaşların 27 yaşa qədər hər çağırış zamanı dövlətə cərimə ödəməsi təklif olunur.
Cərimənin məbləği hər çağırış üçün 100 min dram (təxminən 280 dollar) təşkil edəcək. Sağlamlıq durumuna görə xidmətə yararlı olmayanlar isə 30 min dram ( 80 dollardan çox) cərimə ödəməlidirlər. Atası və ya doğma qardaşı xidməti vəzifəsini yerinə yetirərkən həlak olanlar, yaxud ailədə yeganə kişi olanlar isə cərimədən azad olunacaqlar.
Ermənistan İnsan Haqları Mərkəzinin eksperti Aşot Hovanesyanın dediyinə görə, ölkənin silahlı qüvvələrində hərbi qulluqçuların qətli, intiharı və fiziki zorakılıqlara məruz qalmaları ilə bağlı xəbərlər artıq cəmiyyətin əsəblərini gərib.
"Bu hadisələrin böyük qismi ordudakı intizamsızlıq, korrupsiya və hələ sovetlər dönəmindən qalmış "dedovşina" ilə bağlıdır. İş o yerə çatıb ki, 2010-cu ilin əvvəlindən bu yana Ermənistanın silahlı qüvvələrində odlu silahdan istifadə edilməklə qətlə yetirilmiş gənclərin sayı ötən illə müqayisədə 4 dəfə artıqdır.

Digər xəbərlər