Azərbaycan höküməti doktoranturaların yaradıldığı ali məktəblərin siyahısını təsdiqlədi
Nazirlər Kabineti "Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və elmi təşkilatların Siyahısı"nın təsdiq edilməsi haqqında" qərar qəbul edib.
"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli qərarına əsasən, aidiyyəti nazirlik, komitə və təşkilatların təkliflərini və Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəylərini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti doktoranturaların yaradıldığı ali təhsil müəssisələrinin və elmi təşkilatların siyahısını təsdiqləyib. Siyahı ilə Nazirlər Kabinetinin rəsmi internet səhifəsində tanış olmaq mümkündür.