PDF Oxu

Araşdırma

  • 13

"Azəriqaz" İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçib

"Azəriqaz" İstehsalat Birliyi gücləndirilmiş iş rejiminə keçib
ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi 31 Dekabr Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramları münasibəti ilə 20 dekabr 2010-cu il tarixdən 5 yanvar 2011-ci ilədək günün bütün saatlarında növbəlilik əsasında iş rejiminə keçib. SİA-nın xəbərinə görə, istehlakçıların bu günlərdə təbii qazla fasiləsiz və davamlı olaraq təmin edilməsi üçün İB-də bütün texniki və texnoloji tədbirlər həyata keçirilmiş, xüsusi işçi qrupu yaradılıb. 185 nömrəli qaynar xəttin iş saatı artırılmış, 104 nömrəli qəza xidmətinin fəaliyyəti gücləndirilib. "Azəriqaz" İB istehlakçıların nəzərinə çatdırır ki, bayram günlərində hər bir abonent son dərəcə diqqətli olmalı, texniki təhlükəsizlik qaydalarına ciddi əməl etməlidir.

Digər xəbərlər