PDF Oxu

Araşdırma

  • 14

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək

Azərbaycan-Ermənistan sərhədində monitorinq keçiriləcək
ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq dekabrın 14-də Azərbaycan-Ermənistan sərhədində, Qazax rayonunun Kəmərli kəndinin qərb istiqamətindəki təmas xəttində monitorinq keçirilməsi planlaşdırılır. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin koordinatoru İmre Palatinus, səhra köməkçisi Jaslan Nurtazin, təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Antal Herdiç, Xristo Xristov və Uilyam Praroy keçirəcəklər.

Digər xəbərlər