PDF Oxu

Araşdırma

  • 19

154000 ABŞ dolları məbləğində pulu dövlət sərhədindən qanunsuz keçirən şəxslər saxlanılıblar

154000 ABŞ dolları məbləğində pulu dövlət sərhədindən qanunsuz keçirən şəxslər saxlanılıblar
Dovlət Sərhəd Xidməti (DSX) tərəfindən qaçaqmalın dövlət sərhədindən keçirilməsinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan Respublikası vətəndaşları Gəncə şəhər sakinləri 1956-cı il təvəllüdlü Hüseynov Çərkəz Rza oğlu, 1961-ci il təvəllüdlü İmamverdiyev Elmidar Fəxrəddin oğlu və 1989-cu il təvəllüdlü Sayadov Elvin Həsən oğlu qabaqcadan əlbir olaraq bir qrup halında 21 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində "Samur" sərhəd nəzarəti məntəqəsində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə külli miqdarda olan 154000 (yüz əlli dörd min) ABŞ dolları məbləğində pulu dövlət sərhədindən qanunsuz keçirərkən saxlanılıblar.
DSX-nin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, faktla bağlı 21 noyabr 2010-cu il tarixdə Azərbaycan Respublikası CM-nin 206.3.2 maddəsi ilə cinayət işi başlanılaraq, Çərkəz Hüseynova, Elmidar İmamverdiyevə və Elvin Sayadova həmin maddə ilə ittiham elan edilərək, barələrində "həbs" qətimkan tədbiri seçilib.
Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində də müsbət nəticələr əldə olunub. Belə ki, 20 noyabr 2010-cu il tarixdə 1 kiloqram narkotik vasitə olan heroinlə dövlət sərhədini qanunsuz keçən Azərbaycan Respublikası vətəndaşı, Biləsuvar rayonu Zəhmətabad kənd sakini, 1963-cü il təvəllüdlü Xammədov Sabir Kamal oğlu dövlət sərhədinin mühafizəsini həyata keçirən sərhədnaryadı tərəfindən saxlanılıb.
Araşdırma zamanı müəyyən edilib ki, S.K.Xammədov həmin narkotik vasitəni İran İslam Respublikasında əldə edib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin narkotik vasitənin sifarişçisi S.K.Xammədovun qohumu və həmkəndlisi əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin törədilməsinə görə məhkum edilmiş 1988-ci il təvəllüdlü Əliyev Amid Adil oğlu saxlanılaraq istintaqa cəlb olunub.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 318, 206, 234-cü maddələri ilə cinayət işi başlanılmış, S.K.Xammədova və A.A.Əliyevə həmin cinayətlərin törədilməsi ilə bağlı ittiham elan olunmuş və barələrində "həbs" qətimkan tədbiri seçilib.
Hazırda cinayət işləri üzrə cinayətin digər iştirakçılarının müəyyən edilərək məsuliyyətə cəlb olunması məqsədi ilə intensiv əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Digər xəbərlər