PDF Oxu

Araşdırma

  • 13

Azərbaycanla Türkiyənin birliyinə heç bir qüvvə zərər vura bilməz

Azərbaycanla Türkiyənin birliyinə heç bir qüvvə zərər vura bilməz

Türkiyə-Azərbaycan arasındakı münasibətləri hansısa öz vəzifəsindən getmiş diplomat müəyyənləşdirmir. Bu barədə SİA-ya açıqlamasında Dünya Gənc Türk Yazarlar Birliyinin sədri Əkbər Yolçuyev türkiyəli keçmiş diplomat Turqut Ərin yazdığı kitabda əks olunan fikirlərə münasibət bildirərkən deyib. O Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əzəli, əbədi mahiyyətinə keçmiş bir diplomatın hansısa təsir göstərəcəyini qəbul edə bilmədiyini qeyd edib. Onun sözlərinə görə, hər bir məsuliyyətli şəxsin özü ilk növbədə imici, vaxtilə çalışdığı vəzifənin imici, bütövlükdə isə ölkəsinin imici naminə belə şeylərdən uzaq durmalı idi: "Heç şübhəsiz ki. mənim bu məsələyə münasibətim mənfidir. Çox təəssüf hissi keçirirəm ki, iki qardaş ölkə arasındakı münasibətlərin inkişafı, tərəqqisi, günü-gündən daha da irəli getməsində bəzi insanlar hər hansı formada özlərini məsələdən kənarda saxlayır. Nəinki kənarda saxlayır, hətta bəzi yalnış açıqlamalar verirlər. Kimin üçünsə xoş olmayan Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında və bəlkə də Azərbaycanla Türkiyə arasındakı münasibətlərin xoş olmamasında maraqlı olan insanları sevindirəcək addımlar atılıb. Hesab edirəm ki, hər kəs bundan nəticə çıxarmalıdır. İlk növbədə isə Türkiyə Cümhuriyyətinin Bakıdakı səfirliyi bu məsələyə münasibətini bildirməlidir. Ümummilli lider Heydər Əliyevin Azərbaycan və türk dünyası münasibətlərinin inkişafı, Türkiyə dövləti ilə münasibətlərin inkişafı və bütövlükdə Türkiyəyə inteqrasiya sahsində gördüyü işlər hər kəsə məlumdur. Bunu sadəcə görmək və ibrət etmək lazımdır".

İsmayıl Ağayev: "Azərbaycanın və türk dünyasının ümummilli lideri Heydər Əliyevlə bağlı əsassız fikirlər heç kəsi inandırmaq gücündə deyil"
"Türqut Ər yaradılmış deyil, əmələ gəlmiş bir insandır". SİA-ya açıqlamasında bu sözləri Beynəlxalq Diaspor Mərkəzinin direktoru İsmayıl Ağayev Türkiyənin Azərbaycan səfirliyində 1992-1993-cü illərdə işləyən Turqut Ərin "Azadlıqdan tiranlığa" kitabına münasibət bildirərkən deyib.
Kitabda əksini tapan fikirlərin Azərbaycan xalqında dərin hiddət doğurduğunu deyən İ.Ağayev belə bir həssas dövrdə bu kitabı yalnız düşmənlərin ortaya çıxara biləcəyini bildirib: "Azərbaycan erməni işğalı ilə, Türkiyənin özü isə qondarma erməni soyqırımı ilə üz-üzədir. Belə bir halda qüvvələri birləşdirmək əvəzinə əsassız iddialarla ortaya çıxmaq təbii ki, bizləri qəzəbləndirməyə bilməz. Türkiyənin diaspor təşkilatları ilə mütəmadi işləyən təşkilat olaraq Beynəlxalq Diaspor Mərkəzi də bu hadisəyə qəti etirazının bildirib. Uzun müddət Azərbaycanda işləmiş və sonradan öz cızma-qaraları ilə Azərbaycan xalqının hissiyatına toxunan kitab təbii ki, bir azərbaycanlı kimi bizi də hiddətləndirib".
T.Ərin fikirlərindən sevinərək onları bu fikirləri qəzet səhifələrinə çıxaranlara da üzünü tutan Beynəlxalq Diaspor Mərkəzinin direktoru bildirib ki, onlar kitabı sonadək oxusalar əslində söhbətin nədən getdiyini anlaya bilərlər: "Kitabda təkcə ulu öndər Heydər Əliyev ilə bağlı məsələlərə toxunulmayıb. Orada Əbülfəz Elçibəyi ələ salırlar. Bunlar çox güman ki, həmin hissələri oxumayıblar, ya da bilərəkdən məsələnin məğzini diqqətdən yayındırmaq istəyirlər. Ümumilikdə kitabda Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini ələ salırlar, Azərbaycanı hörmətdən salmağa çalışırlar. Turqut kimi insanlar Türkiyədə çoxdur. Sərhədlərin açılması problemi yarananda sərhədləri açmaq üçün yarışa girən turqutkimiləri çox gördük. Turqut da onların davamçısı olan şərəfsizin biridir. Bununla belə Türkiyə-Azərbaycan dostluğu, ümummilli liderin dediyi "bir millət, iki dövlət" şüarı belə insanlara, belə fikirlərə görə, heç vaxt öz əhəmiyətinin itirməyəcək. Bizi istəməyənlərin pis niyyətlərinə baxmayaraq, Azərbaycanın gücü gündən-günə artır. Azərbaycan xalqı birmənalı olaraq Heydər Əliyev xəttini tutan, onun təməlini qoyan siyasəti yerinə yetirən İlham Əliyevin arxasındadır. Bəzi insanlar öz uğursuzluqlarını Turqut kimi yaramaz insanların məqsədi ilə bu gizlətmək istəyirlər. Güman edirəm ki, uğursuz bir adımdır və heç bir faydası yoxdur, əksinə özlərinin əleyhinə işləyən yazılar olacaq. Diapor təşkilatı olaraq Türkiyə və Azərbaycan diasporalarını bu insanların fəaliyyətini pisləməyə çağıracayıq". Kitabın ideyasının Turqut kimi düşünən, sərsəm insanlardan gəldiyini vurğulayan İ.Ağayev bildirib ki, burada konkret kimlərinsə adını çəkmək çətindir: "Söhbət həm xarici, həm də daxili qüvvələrdən gedir. Kitabı axıradək oxuyanda məlum olur ki, burada şər və böhtandan başqa bir şey yoxdur. Azərbaycanın və türk dünyasının ümumilli lideri olan Heydər Əliyevlə bağlı əsassız fikirlər irəli sürmək, ona böhtan atmaq heç kəsi inandırmaq gücündə deyil. Sadəcə ürək bulandırır. Bu hadisəni hiddətlə qarşılayırıq və cavabını mütləq verəcəyik".

Digər xəbərlər