PDF Oxu

Araşdırma

  • 12

"Hazırda Azərbaycanda 2000-dən artıq İİV/QİÇS infeksiyası ilə yaşayan insan var"

"Hazırda Azərbaycanda 2000-dən artıq İİV/QİÇS infeksiyası ilə yaşayan insan var"
Dünən BMT-nin İİV/QİÇS (insanın immunçatışmazlığı virusu/qazanılmış immunçatışmazlığı sindromu) üzrə birgə proqramı (UNAIDS) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi ilə birlikdə seminar keçirib. SİA-nın xəbərinə görə, İİV-lə yaşayan insanlara sosial müdafiə və dəstək verilməsində irəliləyişlərə nail olmaq üçün keçirilən tədbir 1 dekabr Dünya QİÇS Gününə həsr olunub. Seminarda Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elnur Sultanov, UNAIDS-in nümayəndəsi Cəmilə Cərrahova və digər qonaqlar iştirak ediblər. Tədbirdə çıxış edən Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Həqiqət Qədirova QİÇS pandemiyasının hələ də dünya səhiyyəsinin ən ciddi problemlərindən biri olduğunu bildirib. O vurğulayıb ki, İİV-İnsanların İmmunçatışmazlıq Virusudur: "İİV insanın müxtəlif infeksiyalardan qoruyan immun sistemini zəiflədir və immun sisteminin müəyyən hüceyrələrini zədələyir. QİÇS isə Qazanılmış İmmunçatışmazlığı Sindromudur. İnsanda immun sistemi zəiflədiyi halda isə insan müxtəlif xəstəliklər, xüsusilə də infeksion xəstəliklər qarşısında aciz qalır. Ölkəmizdə bu xəstəliklə mübarizə sahəsində tibbi, sosial yönümlü işlər həyata keçirilir. İİV-ə yoluxmuş insanda immunitet müəyyən səviyyəyədək azalarsa və ya onda bir və ya bir neçə opportunistik xəstəliklər aşkar olunarsa ona QİÇS diaqnozu qoyulur. Hazırda Azərbaycanda 2000-dən artıq bu infeksiya ilə yaşayan insan var. Ancaq bu xəstələrin əməklə bağlı məsələlərində müəyyən problemlər var. İnanırıq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə seminarlar keçirməklə bu və ya digər problemləri nisbətən də olsa həll etmiş olacağıq". Tədbirdə vurğulanıb ki, hazırda dünyada 33 milyondan çox İİV-ə yoluxub və ya QİÇS-lə xəstələnmiş insan yaşayır. 2007- ci ildə QİÇS-dən 2,1 milyon insan dünyasını dəyişib və 2,5 milyon İİV-ə yoluxub. İlk dəfə aşkar olunduğu 1981-cil ildən bu günədək xəstəlik 20 milyon insanın həyatına son qoyub və 14 milyon uşaqğı yetim qoyub.

Digər xəbərlər