Astanada Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə müzakirələrin səmərəliliyinə ümid var
Hazırda ATƏT-in Astanada keçiriləcək sammitində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində səmərəlilikdən danışmaq olmaz, lakin müşahidə edilən fəallıq ümid üçün əsas verir. Bu barədə cümə axşamı Bakıya işgüzar səfərə gələn Aİ-nin Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Piter Semnebi deyib. ATƏT-in Astana sammiti dekabrın 1-2-də keçiriləcək. Sammitin prioritet məsələlərindən biri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması olacaq. "Fəal surətdə müzakirə edilən məsələlər var və bu, ən azı ümid etməyə əsas verir ki, Astana görüşü nə iləsə nəticələnəcək, - Semnebi qeyd edib. - Mən Astana görüşünə az qalmış danışıqların detallarını müzakirə etmək istəmirəm. Bu, danışıqların həssas məqamıdır". Onun sözlərinə görə, danışıqların fəal surətdə aparılması və ATƏT-in Minsk Qrupunun cəlb edilməsi fakı o deməkdir ki, "proses yenidən işə düşüb".