PDF Oxu

Araşdırma

  • 14

Seçicilər etimad göstərdikləri namizədə səs verəcəklər

Seçicilər etimad göstərdikləri namizədə səs verəcəklər
Dünən "Dostluq" kinoteatrında 7 noyabr parlament seçkiləri ilə bağlı təbliğat-təşviqat kampaniysı çərçivəsində YAP Nəsimi rayon təşkilatının 22 saylı Nəsimi ikinci seçki dairəsi üzrə namizədliyi irəli sürülmüş Fidail Rəhimovla seçicilərin görüşü keçirildi. 350 nəfərə qədər seçicinin iştirakı ilə təşkil olunmuş görüşdə namizədin səlahiyyətli nümayəndəsi Azər Süleymanov çıxış edərək, parlament seçkilərinə namizədliyi irəli sürülmüş şəxslərin təşviqat-təbliğat kampaniyası çərçivəsində seçicilərlə görüşlərinin uğurla davam etdiyini bildirdi.
 O, bu ərazidə yaşayan seçicilərin seçkilərə hazırlıqlı olduqlarını diqqətə çatdırdı. Millət vəkilliyinə namizədin iştirakı ilə keçirilən görüşdə seçicilərin namizədləri ilə yaxından tanış olmasının əhəmiyyətini bildirən A.Süleymanov bu günə qədər keçirilən seçkilərdə olan seçici fəallığının növbəti parlament seçkilərində də özünü büruzə verəcəyini söylədi: "7 noyabr tarixində keçiriləcək parlament seçkiləri demokratik şəraitdə baş tutacaq və ictimaiyyətlə təşkil olunan görüşlər seçki prosesinin şəffaflığına təsirini göstərəcəkdir. Seçkilər hər bir xalqın tarixində mühüm rol oynayan, onun gələcək inkişaf yolunu müəyyənləşdirən mühüm prosesdir. Bu prosesin məntiqi yekunu olaraq hər bir seçici səsini etibar etdiyi namizədə  yönəltməlidir. Nəsimi rayonunun seçiciləri, ötən seçkilərdə olduğu kimi, bu dəfə də ən layiqli namizədlərə səs verəcəklər. Nəsimi rayonu indiyədək ölkə üzrə keçirilən bütün seçkilərdə özünün fəallığı ilə fərqlənən rayonlar sırasındadır. Bu ərazidə yaşayan seçicilər bu günə qədər bütün seçkilərdə fəal iştirak edib və böyük əksəriyyət səsini ən layiqli namizədlərə verib. Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasət seçkilərin şəffaflığına şərait yaradır və hər bir seçicinin hüquqi baxımdan seçmək huququ olduğundan, seçimində azad və müstəqildir".
A.Süleymanov seçicilərin seçimlərində fəal və düzgün mövqedə olacaqlarını bildirərək, iqtidar partiyası olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərə səs verməyə çağırdı.
Görüşdə çıxış edən F.Rəhimov ona etimad göstərilərək namizədliyi irəli sürüldüyünə görə minnətdarlıq hissini bildirdi. O, qeyd etdi ki, 7 noyabr tarixində keçiriləcək parlament seçkiləri demokratik şəraitdə baş tutacaq. Azərbaycanın demokratik prinsiplər əsasında inkişafı və bu istiqamətdə dövlət tərəfindən yürüdülən siyasət seçkilərin şəffaflığına şərait yaradır:"Azərbaycanın inkişafı, onun regionun qüdrətli dövlət olaraq adının hallanması və dünyada imic  qazanması naminə xalqın layiqli övladları səs toplamalıdır. Ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində görülən işlər də məhz dövlətin məqsədyönlü olaraq apardığı siyasətin məntiqi nəticəsidir". Azərbaycanın dinamik inkişafını diqqətə çəkən natiq, parlament seçkilərində seçicilərin düzgün seçim edərək, layiqli namizədlərə səs verəcəklərinə inamı olduğunu bildirdi. Namizəd mövcud olan platformasına əsasən, Azərbaycan dövlətinin hərbi qüdrətinin artırılması, Dağlıq Qarabağ probleminin Azərbaycan ərazi bütövlüyü çərçivəsində həlli, əhalini yaşayış səviyyəsinin yüksəldilməsi, regionların sosial-iqtisadi  və mədəni inkişafının yüksəldilməsi və s məsələlərin həllində fəal iştirak edəcəyini vurğuladı. O, seçicilərini qəlbinin hökmünə qulaq asaraq layiqli naimizədə səs verməyə çağırdı.
Seçicilərlə görüşdə namizədin vəkili Mürsəl Həmidov çıxış edərək, namizədliyi irəli sürülən F.Rəhimovun fəaliyyəti ilə bağlı qısa şəkildə seçicilərinə problemlərinin həllində yardımçı olacağını vəd edib, onların etimadını doğruldacağını bildirdi.
Görüşün sonunda seçicilər 7 noyabr tarixində məntəqələrə gələrək, ölkədə həyata keçirilən islahatları, quruculuq və abadlıq işlərini, ölkənin dünya dövlətlərinə inteqrasiyasını nəzərə alaraq, məhz YAP-ın namizədlərinə səs verəcəklərini ifadə etdilər.

Digər xəbərlər