PDF Oxu

Araşdırma

  • 17

Yeni Azərbaycan Partiyası parlament seçkilərinin yeganə güclü qalibi olacaq

Yeni Azərbaycan Partiyası parlament seçkilərinin yeganə güclü qalibi olacaq
Yeni Azərbaycan Partiyası tərəfindən 107 saylı Qazax seçki dairəsindən namizədliyi irəli sürülmüş Əhməd Vəliyev Qazax rayonunun Yuxarı Salahlı və Qazaxbəyli kəndlərində seçicilərlə növbəti görüşlərini keçirdi. Görüşlərdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov dövlətimiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən parlament seçkilərinin əhəmiyyətindən bəhs etdi. Qeyd etdi ki, Azərbaycan özünün demokratik seçki təcrübəsi ilə regionda və dünyada xüsusi çəkiyə malikdir. YAP-ın namizədi haqqında seçicilərə geniş məlumat verən H.Pənahov parlament seçkilərində cəmiyyətimizin böyük aktivlik göstərəcəyinə əminliyini ifadə etdi.
Seçicilərlə görüşdə, həmçinin, Qazax Müəllimlər İnstitutunun rektoru, rayon seçki qərargahının üzvü İsa Veyisov, eyni zamanda, seçki qərargahının üzvləri Bəkir Eyyubov Abbas Göyüşov, Barat Vüsal, Arzuman Abdulkərimov çıxış edərək, ölkəmizdə noyabrın 7-də keçiriləcək parlament seçkilərinin əhəmiyyətindən bəhs etdilər.
YAP tərəfindən parlament üzvlüyünə namizədliyi irəli sürülmüş Ə.Vəliyev seçicilərə parlament seçkilərində aktiv olmağa səslədi. Bildirdi ki, parlament seçkiləri də ölkəmizdə bundan öncə keçirilmiş seçkilər kimi, azad və ədalətli prinsiplər əsasında yekunlaşacaq. Dövlətimizin həyata keçirdiyi siyasətin birbaşa vətəndaşların mövqeyini ifadə etdiyini söyləyən Ə.Vəliyev Yeni Azərbaycan Partiyasının cəmiyyətdə böyük dəstəyə malik olduğunu da seçicilərin diqqətinə çatdırdı. Noyabrın 7-də keçiriləcək parlament seçkilərinin dövlətimizin beynəlxalq arenada artan nüfuzuna böyük təsir göstərəcəyini də seçicilər qarşısında çıxışında söyləyən Ə.Vəliyev qazaxlıları bu seçki prosesində də, yüksək fəallıq nümayiş etdirməyə çağırdı.
Seçicilər adından çıxış edən kənd sakinləri Yeni Azərbaycan Partiyasının cəmiyyət tərəfindən böyük dəstəyə malik olduğunu və bu seçkidə də YAP-ın namizədlərinin qələbə qazanacağını bildirdilər.

Digər xəbərlər