PDF Oxu

Araşdırma

  • 14

Yeni Azərbaycan Partiyası xalqa və dövlətə dayaq olan partiyadır

Yeni Azərbaycan Partiyası xalqa və dövlətə dayaq olan partiyadır
Dünən 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi Əhməd Vəliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində Qazağın Birinci və İkinci Şıxlı kəndlərində seçicilərlə görüşü keçirilib.
Görüşdə çıxış edən YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarına məlumat verərək bildirib ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Həmid Pənahov Qazax seçicilərinin hər zaman YAP-ı və onun namizədlərini dəstəklədiyini söyləyərək, noyabrın 7-də dördüncü çağırış Milli Məclisə keçiriləcək parlament seçkilərində də partiyanın namizədinə dəstək verəcəyini söyləyib. H. Pənahov seçicilərin YAP-ın deputatlığa namizədini dəstəkləməklə, bir daha öz mövqelərini ortaya qoyacaqlarına inandığını bildirib.
YAP Qazax rayon təşkilatının seçki qərargahının təbliğat qrupunun üzvü Bəkir Eyyubov Ə.Vəliyevin hər zaman öz işi və fəaliyyəti ilə öz şəxsiyyətinə və doğulduğu torpağa qürur gətirdiyini bildirdi. Qeyd etdi ki, Qazağın hər zaman elm-təhsil mərkəzi kimi tanındığını, Qazaxdan Ə.Vəliyev kimi ziyalı bir insanın millət vəkili seçilməsinin məqsədəuyğun olduğunu söyləyib. B.Eyyubov YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevin Qazaxdan millət vəkili seçilməsinin qazaxlılar üçün önəmli olduğunu qeyd edərək, seçiciləri noyabrın 7-də keçiriləcək parlament seçkilərində aktiv olmağa və YAP-ın deputatlığa namizədi Ə.Vəliyevə səs verməyə çağırıb.
YAP Siyasi Şurasının üzvü Abbas Göyüşov isə Ə.Vəliyevin YAP-dakı fəaliyyətindən, uzun illər təhsil sahəsində çalışmasından, Azərbaycanın görkəmli alimlərindən olmasından danışıb. Abbas Göyüşov noyabrın 7-də Milli Məclisə keçiriləcək dördüncü çağırış parlament seçkilərində bütün seçiciləri aktiv olmağa və YAP-ın Qazaxdan deputatlığa namizədi, professor Əhməd Vəliyevə səs verməyə çağırıb.
Yazıçılar Birliyinin Qərb bölməsinin rəhbəri, şair Barat Vüsal isə Əhməd Vəliyevin Azərbaycanın görkəmli ziyalılarından, ailimlərindən biri olduğunu bildirib. Ə.Vəliyevin bu yaxınlarda "Adının sahibi" adlı kitabının çapdan çıxdığını bildirən B.Vüsal Ə.Vəliyevin özünün də istər ziyalı kimi, istərsə də elinə-obasına bağlı olan bir insan kimi öz adının da sahibi olduğunu bildirərək, noyabrın 7-də keçiriləcək seçkilərdə aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb.
Seçicilər qarşısında çıxış edən YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev bildirib ki, əgər noyabrın 7-də keçiriləcək parlament seçkilərində seçiciləri ona səs verərlərsə, deputat fəaliyyəti zamanı ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacaq. Ə. Vəliyev seçiciləri noyabrın 7-də keçiriləcək seçkilərdə aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb.
Görüşdə deputatlığa namizəd kənd sakinlərinin fikirlərini dinləyərək, onların problemləri ilə də maraqlanıb.
Görüşdə çıxış edən Birinci və İkinci Şıxlı kəndlərinin seçiciləri noyabrın 7-də keçiriləcək seçkilərdə ən layiqli namizədə - YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Ə.Vəliyevə səs verəcəklərini bildiriblər.
YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Ə.Vəliyevin təşviqat kampaniyası davam edir.

Digər xəbərlər