PDF Oxu

Araşdırma

  • 14

Ən layiqli namizədi seçəcəyik

Ən layiqli namizədi seçəcəyik
Dünən Qusarda 51 saylı Qusar seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Azər Camal oğlu Badamovun təşviqatı ilə əlaqədar görüşlər davam etdirilib. Milli Məclis üzvlüyünə namizəd Azər Badamov bu dəfə Qusarın təhsil işçiləri ilə görüşüb.
YAP Qusar rayon təşkilatının sədri David İbrahimxəlilov görüşdə vurğulayıb ki, bu seçkilərdə seçicilərin əksəriyyəti məhz Yeni Azərbaycan Partiyasını dəstəkləyir: "Xalq bu partiyaya həmişə inanıb, güvənib, səs verib. Bu, Yeni Azərbaycan Partiyasının özünü ictimai-siyasi həyatda yekdil siyasi qüvvə kimi təsdiqləməsi ilə əlaqədardır. YAP uzun illərdir ki, parlamentdə çoxluq təşkil edən partiya kimi tanınır. Bu, əhalinin əksəriyyətinin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin nəticəsidir. Odur ki, bu seçkidə Yeni Azərbaycan Partiyasının amalı "Güclü dövlət, yüksək rifah"dır. Yeni Azərbaycan Partiyası ölkənin aparıcı siyasi qüvvəsi kimi, parlament seçkilərində ən böyük qələbəyə layiqdir. Ümummilli Lider Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyası hər zaman xalqın böyük dəstəyini qazanıb. Partiyamızın Milli Məclisdə mütərəqqi, humanist qanunların qəbulunda, milli qanunvericiliyimizin inkişaf etdirilməsində rolu çox böyükdür. Yeni Azərbaycan Partiyası hər zaman ölkənin inkişafı, xalqın rifahı naminə fəaliyyət göstərir. Bu səbəbdən, seçicilər YAP-ın fəaliyyətini çox müsbət qarşılayır, partiyanın mövqeyini yüksək səviyyədə dəstəkləyirlər".
D.İbrahimxəlilov deputatlığa namizəd A.Badamovun yüksək mədəniyyəti, müsbət şəxsi keyfiyyətləri ilə fərqləndiyini vurğulayıb: "Milli Məclis üzvlüyünə Yeni Azərbaycan Partiyasının namizədi kimi, Azər Badamov üzərinə düşən böyük məsuliyyəti çox yaxşı hiss edir. Bu mənada, o, həqiqətən, millət vəkili seçilməyə layiqdir. Deputatlığa namizəd A.Badamov seçiciləri maraqlandıran məsələlərə xüsusi diqqətlə yanaşır. O, seçiciləri maraqlandıran məsələləri, onların qayğılarını yaxşı bilir, problemlərin səmərəli həlli yolunu tapmağı bacarır. Yeni Azərbaycan Partiyasının namizədi kimi, o, sizə inanır, sizin seçiminizə güvənir".
Yeni Azərbaycan Partiyasının 51 saylı Qusar seçki dairəsindən namizədi Azər Badamov seçicilərin təbliğat-təşviqat kampaniyasında fəallıq göstərməsindən razı qaldığını söyləyib: "İnanıram ki, bu seçkilərdə seçicilərin etimadını qazana biləcəyəm. Seçiciləri bu seçkidə fəallığa, doğru, ədalətli seçim etməyə dəvət edirəm. İstənilən seçkidə həlledici söz sahibi seçicilərdir. Kimin millət vəkili seçiləcəyini də məhz seçicilər həll edir. İnanıram ki, bu seçkildərdə Qusar sakinlərinin etibarını, səsini qazana biləcəyəm. Millət vəkili seçiləcəyim təqdirdə, çalışacağam ki, mənə göstərilən etimadı tam doğruldum".
Deputatlığa namizəd Azər Badamov millət vəkili seçiləcəyi təqdirdə, görəcəyi işlər, deputatlığa namizəd kimi, nəzərdə tutduğu fəaliyyət proqramı barədə danışıb. A.Badamov seçicilərə öz seçki platforması barədə də geniş, ətraflı məlumat verib. O, seçicilərin qaldırdığı məsələlərə münasibət bildirib. Keçirilən görüşdə Milli Məclis üzvlüyünə namizəd A.Badamov seçicilərin suallarını dolğun, ətraflı şəkildə cavablandırıb.
Deputatlığa namizəd Azər Badamovun təbliğat-təşviqat kampaniyası, seçicilərlə görüşləri davam edir.

Digər xəbərlər