PDF Oxu

Araşdırma

  • 14

Yevlax seçiciləri haqqa və ədalətə səs verəcəklər

Yevlax seçiciləri haqqa və ədalətə səs verəcəklər
Yeni Azərbaycan Partiyası tərəfindən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynovun seçicilərlə görüşü keçirilib
Dünən YAP tərəfindən 49 saylı Yevlax-Mingəçevir seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Əli Hüseynovun rayonun Xaldan qəsəbəsində və ətraf kəndlərdə yaşayan seçicilərlə növbəti görüşü keçirildi.
Görüşdə deputatlığa namizədin səlahiyyətli nümayəndəsi, YAP Yevlax şəhər təşkilatının aparat rəhbəri Əli Quliyev, namizədin vəkili Məmmədəli Yusibov və ziyalılar iştirak edirdilər. 350-ə yaxın seçicinin iştirak etdiyi görüşdə ilk öncə deputatlığa namizədlə seçicilər arasında sual-cavab xarakterli müzakirələr aparıldı. Əli Hüseynov seçiciləri maraqlandıran sualları dolğun, ətraflı şəkildə cavablandırdı. Bu cavablardan razı qalan seçicilər 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, onları parlamentdə ən layiqli şəkildə təmsil edə biləcək Əli Hüseynova səs verəcəklərini qeyd etdilər. Yüksək seçici fəallığı ilə keçirilən görüşdə çıxış edən deputatlığa namizədin vəkili Əli Quliyev YAP-ın irəli sürdüyü namizəd Əli Hüseynovun fəaliyyəti haqqında seçicilərə ətraflı məlumat verdi. Bildirdi ki, Milli Məclisdə ötən 5 illik fəaliyyəti dönəmində hər zaman bizimlə olan, bizim problemlərimizlə maraqlanan və onların həllinə nail olan Əli Hüseynov həm də təcrübəli parlamentar olaraq dövlətə, dövlətçiliyə sədaqət nümayiş etdirərək, xalqın sosial rifahının yüksəlməsi naminə çalışan millət vəkili olmuşdur.
Deputatlığa namizədin səlahiyyətli nümayəndəsi çıxışında seçiciləri fəal olmağa və 7 noyabr parlament seçkilərində məntəqələrə gedərək, ümumxalq partiya olan Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməyə çağırdı: "1993-cü ildən bu günə qədər ölkəmizdə keçirilən bütün seçkilərdə yevlaxlılar Ulu Öndərimiz Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının siyasi-ideoloji kursunu dəstəkləyiblər. Əminəm ki, 7 noyabr parlament seçkilərində də yevlaxlıların mövqeyi dəyişməyəcək. Bu dəfə də qətiyyəti ilə seçilən seçicilər YAP-ın irəli sürdüyü namizədlərə səs verəcəklər".
Görüşdə çıxış edən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Əli Hüseynov Cənubi Qafqazın ən aparıcı partiyası olan Yeni Azərbaycan Partiyasının xalqa göstərdiyi xidmətlərdən söz açdı. Bildirdi ki, Dahi Öndərimiz Heydər Əliyevin qurucusu olduğu YAP bu gün cənab İlham Əliyevin Sədrliyi ilə inkişaf edir, monolit təşkilata çevrilir. Əli Hüseynov YAP-ın sıralarında 520 minə yaxın insanın birləşdiyini qeyd edərək, partiyanın daim yeniləşən və inkişaf edən partiyaya çevrildiyini söylədi: "Bu gün hər bir Azərbaycan vətəndaşının yaxşı yaşamaq haqqı var. İnsanların qayğısına qalmaq, üzləşdikləri problemlərin həllinə nail olmaq millət vəkilinin borcudur. Əgər növbəti beşillikdə də etimad göstərərk, millət vəkili seçilərəmsə, parlamentdə sizləri layiqincə təmsil edəcəyəm. Sizin problemlərinizi öz problemim kimi həll etməyə çalışacağam".
Görüşdə kənd sakinləri çıxış edərək, Əli Hüseynovu ləyaqətli insan, təəssübkeş millət vəkili kimi tanıdıqlarını bildirdilər. Qeyd etdilər ki, 7 noyabr parlament seçkilərində hamılıqla məntəqələrə gedərək, ən layiqli namizəd olan Əli Hüseynova səs verəcəklər.

Digər xəbərlər