PDF Oxu

Araşdırma

  • 16

YAP-ın ətrafında cəmiyyətin ən intellektual təbəqəsi birləşib

YAP-ın ətrafında cəmiyyətin ən intellektual təbəqəsi birləşib
Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən deputatlığa namizədi Sevinc Həbib qızı Fətəliyevanın seçicilərlə görüşləri davam edir. Belə görüşlərdən biri də Suraxanı rayonunun Rus İcmasının nümayəndələri ilə olub. Görüşdə YAP Suraxanı rayon təşkilatının aparat rəhbəri Fərman Rəsulov çıxış edərək, bildirib ki, rayonda üç seçki dairəsi yerləşir və Yeni Azərbaycan Partiyası iki dairə üzrə deputatlığa namizədlərini irəli sürüb. F.Rəsulov noyabrın 7-də parlamentə seçkilər günü seçiciləri düzgün seçim etməyə səsləyib: "İnanıram ki, bu gün Azərbaycanımızın uğurlu gələcəyini düşünən hər bir seçici Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədə səs verməklə, düzgün seçim etmiş olacaq."
F.Rəsulov Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin həyata keçirdiyi iqtisadi siyasətin uğurlarından ətraflı bəhs edib. 2003-cü ildən bu günə qədər Azərbaycanın böyük inkişaf yolu keçdiyini vurğulayan rayon təşkilatının sədri bütün bu görülən işlərin hamısının insanların rifahının yüksəlməsinə xidmət etdiyini bildirib. F.Rəsulov Yeni Azərbaycan Partiyasının 30 saylı Suraxanı birinci seçki dairəsindən Milli Məclisə namizədi Sevinc Həbib qızı Fətəliyevanın həyat və fəaliyyəti barədə də seçicilərə məlumat verib.
Sonra deputatlığa namizəd Sevinc Həbib qızı Fətəliyeva seçiciləri qarşısında çıxış edib. Namizəd YAP-ın siyasi nüfuzundan, partiyanın Sədri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi iqtisadi inkişaf strategiyasından, əhalinin sosial rifah-halının yaxşılaşdırılmasına xidmət edən siyasətin uğurlarından ətraflı danışıb. S.Fətəliyeva əlavə edib ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasətin həyata keçirilməsi nəticəsində bu gün ölkəmizdə sabitlik və əmin-amanlıq yaradılıb, insan hüquq və azadlıqları təmin edilib: "Bu gün həmin siyasət Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyevin rəhbərliyi altında yeni çalarlar əlavə olunaraq davam etdirilir. Qısa vaxtda yüz minlərlə yeni iş yerlərinin açılması, əmək haqlarının, təqaüd və müavinətlərin dəfələrlə artırılması, ölkəmizdə ildən-ilə geniş vüsət alan quruculuq-abadlıq işləri və infrastruktur layihələri hər bir vətəndaşın həyat səviyyəsini yüksəldib. Azərbaycan bütün sosial-iqtisadi göstəricilərə görə, regionun lider dövlətinə çevrilib".
Görüşdə çıxış edən deputatlığa namizədin vəkilləri Etibar Quliyev, Tünzalə Süleymanova, Qamət Məmmədov seçki günü seçiciləri Azərbaycanın xoşbəxt gələcəyi naminə fəal olmağa, dövlətimizin daha da qüdrətlənməsi, hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşmasını təmin edən hakim partiyanın namizədinə dəstək olmağa çağırıb.
Görüşdə, həmçinin, ərazidə yaşayan sakinlərdən Aleksandr Peskov, Pavel Vladimirov və digər Rus İcmasının nümayəndələri də çıxış edərək Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədi dəstəkləyəcəklərini bildiriblər.

Digər xəbərlər