PDF Oxu

Araşdırma

  • 11

Yeni Azərbaycanla böyük qələbəyə doğru

Yeni Azərbaycanla böyük qələbəyə doğru
Dünən 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəf oğlu Əşrəfovun Qaraçı kəndinin seçiciləri ilə görüşü keçirilib. Görüşü giriş sözü ilə YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev açıb. Görüşdə seçicilərdən Cəmil Ocaqov, Əlisultan Sultanov, Abasyar Heydərov və başqaları çıxış ediblər. Deputatlığa namizəd A.Əşrəfov seçicilər qarşısında çıxış edərək, seçki platforması ilə bağlı məlumat verib. YAP Xaçmaz rayon təşkilatının sədri Nazim Ağayev çıxışında bildirib ki, Xaçmazda müvafiq dairədən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəfovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir: "Deputatlığa namizəd Arif Əşrəfov keçirdiyi bütün görüşlərdə seçicilər tərəfindən böyük diqqət və rəğbətlə qarşılanır. İnanırıq ki, bu seçkilərdə o, məhz seçilənlər sırasında olacaq. Əminik ki, partiyamız ardıcıl uğurlarını davam etdirərək, 7 noyabr seçkilərində inamlı qələbə qazanacaq. Bu, xalqın, yerli sakinlərin Yeni Azərbaycan Partiyasına böyük rəğbətinin göstəricisidir.". Milli Məclis üzvlüyünə namizəd Arif Əşrəfov çıxışı zamanı seçki platformasında müəyyənləşdirilən hədəflərə çatmaq üçün əlindən gələni əsirgəməyəcəyini qeyd edib. A.Əşrəfov görüşdə seçiciləri maraqlandıran suallara dolğun, məzmunlu şəkildə cavab verib. O, millət vəkili seçiləcəyi təqdirdə, göstərilən etimadı layiqincə doğrultmağa çalışacağını bildirib: "Seçicilərin səsinə və dəstəyinə güvənir, millət vəkili seçiləcəyimə böyük ümid bəsləyirəm. İnanıram ki, xaçmazlılar bu seçkilərdə ən layiqli namizədə səs verəcəklər. Milli Məclis üzvlüyünə namizəd kimi, mənə etimad göstərilərsə, bu etimadı doğrultmaq üçün böyük səy göstərəcəyəm. Çalışacağam ki, parlamentdə xaçmazlıları layiqincə təmsil edim. Bilirəm ki, etimadı qoruyub saxlamaq, onu qazanmaqdan çətindir. Ümid edirəm ki, millət vəkili seçiləcəyim təqdirdə, bu çətin vəzifənin öhdəsindən layiqincə gələ biləcəyəm. Millət vəkili seçiləcəyim təqdirdə, partiyanın seçki platformasında nəzərdə tutulan hədəflərə çatmaq üçün lazımi səy göstərəcək, ləyaqətlə çalışacağam. Seçicilərin bu fəallığı və diqqəti məni çox sevindirir. İnanıram ki, onlar ən layiqli namizədi seçəcəklər". 7 noyabr parlament seçkilərində 55 saylı Xaçmaz şəhər seçki dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi Arif Əşrəfovun təbliğat-təşviqat kampaniyası uğurla davam edir.

Digər xəbərlər