PDF Oxu

Araşdırma

  • 12

Qazax seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır

Qazax seçicilərinin seçimi Yeni Azərbaycan Partiyasıdır
Dünən YAP-ın 107 saylı Qazax seçki dairəsi üzrə namizədi Əhməd Vəliyev rayonun Aşağı Salahlı və Orta Salahlı kəndlərində seçicilərlə görüşü keçirilib.
Aşağı Salahlı kəndində keçirilən görüşdə  500 -ə yaxın kənd sakini iştirak edib. Görüşdə çıxış edən YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırıb. Təşkilat sədri çıxışında bildirib ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Əhməd Vəliyevin bu vaxta qədər olan fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandıran Həmid Pənahov Əhməd Vəliyevin Azərbaycanın görkəmli ziyalılarından biri olduğunu və Qazaxda hər kəsin onu yaxşı tanıdığını söyləyib. H.Pənahov çıxışında son illər ölkəmizdə əldə olunmuş uğurlu iqtisadi-inkişaf, əhalinin rifahının yaxşılaşdırılması istiqamətdə görülən işlərdən danışaraq, YAP-ın builki parlament seçkilərinə "Güclü dövlət, yüksək rifah" devizi altında getdiyini bildirib. O, YAP-ın Azərbaycanda yeganə aparıcı siyasi partiya olduğunu diqqətə çatdırıb. YAP-ın və onun namizədlərinin hər zaman xalq tərəfindən dəstəyini qazandığını bildirən partiyanın rayon təşkilatının sədri Qazax seçicilərinin hər zaman YAP-ı və onun namizədlərini dəstəklədiyini söyləyib. YAP-ın Qazax rayon təşkilatının sədri noyabrın 7-də keçiriləcək parlament seçkilərində də seçicilərin 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi olan Əhməd Vəliyevi dəstəkləyəcəyinə əmin olduğunu bildirərək, seçiciləri seçkilərdə aktiv olmağa çağırıb.
Görüşdə seçicilər qarşısında çıxış edən YAP-ın 107 saylı Qazax seçki dairəsindən namizədi Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə deputat seçilərsə, Qazax rayonunun və seçicilərinin problemlərinin həlli ilə bağlı dövlət qurumları qarşısında müvafiq məsələlər qadıracağını, seçicilərlə daim müntəzəm ünsiyyətdə olacağını bildirib.
YAP - ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev təbliğat-təşviqat kampaniyası çərçivəsində dünən, həmçinin, Qazağın Orta Salahlı kəndində də seçicilərlə görüşüb. Görüşdə YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov, Qazax Müəllimlər İnstitunun rektoru İsa Veyisov, Yazıçılar Birliyinin Qərb bölməsinin rəhbəri Barat Vüsal, partiyanın rayon təşkilatının fəalları və Orta Salahlı kəndindən olan seçicilər iştirak ediblər.
500-dən artıq kənd sakininin iştirakı ilə keçirilən görüşdə ilk olaraq çıxış edən YAP-ın Qazax rayon təşkilatının sədri Həmid Pənahov noyabrın 7-də Milli Məclisə keçiriləcək seçkilər barədə görüş iştirakçılarını məlumatlandırıb. YAP Qazax rayon təşkilatının sədri bildirib ki, Yeni Azərbaycan Partiyası 107 saylı Qazax seçki dairəsindən professor Əhməd Vəliyevin namizədliyini irəli sürüb. Əhməd Vəliyevin bu vaxta qədər olan fəaliyyəti ilə bağlı seçiciləri məlumatlandıran Həmid Pənahov Əhməd Vəliyevin Azərbaycanın görkəmli ziyalılarından biri olduğunu və Qazaxda hər kəsin onu yaxşı tanıdığını söyləyib. YAP-ın Qazax rayon təşkilatının sədri noyabrın 7-də keçiriləcək parlament seçkilərində də seçicilərin 107 saylı Qazax seçki dairəsindən YAP-ın deputatlığa namizədi olan Əhməd Vəliyevi dəstəkləyəcəyinə əmin olduğunu bildirərək, seçiciləri seçkilərdə aktiv olmağa çağırıb.  Tədbirdə çıxış edən  Qazax Müəllimlər İnstitunun rektoru, YAP seçki qərargahı Qazax rayon şöbəsi təbliğat qrupunun üzvü, professor İsa Veyisov Yeni Azərbaycan Partiyasının Azərbaycanda xalq tərəfindən dəstəklənən və böyük potensiala malik ən güclü partiya olduğunu bildirib.  Görüşdə çıxış edən YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyev YAP rəhbərliyinə onun namizədliyinin məhz 107 saylı Qazax seçki dairəsindən irəli sürülməsinə görə təşəkkür edən deputatlığa namizəd öz fəaliyyəti ilə həm partiya rəhbərliyinin, həm də seçicilərinin etimadını doğrultmağa çalışacağını bildirib. Əhməd Vəliyev noyabrın 7-də keçiriləcək seçkilərdə seçiciləri aktiv olmağa və ən layiqli namizədə səs verməyə çağırıb. Deputatlığa namizəd kənd sakinlərinin fikirlərini dinləyərək, onların problemləri ilə də maraqlanıb. Millət vəkilinin fəaliyyətinin yalnız qanunvericilik fəaliyyətindən ibarət olmadığını bildirən YAP-ın 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi millət vəkilinin həm də seçicilərin problemlərinin həlli ilə bağlı hökumət qurumları qarşısında məsələ qaldırmaq imkanının olduğunu bildirərək, Qazaxdakı seçicilərin qaldırdıqları problemlərin həlli ilə də məşğul olacağını bildirib. Sonda görüşdə çıxış edən seçicilər noyabrın 7-də seçki məntəqələrinə gedərək, ən layiqli namizədə, Qazax seçicilərinin hər zaman seçimi olan Yeni Azərbaycan Partiyasının 107 saylı Qazax seçki dairəsindən deputatlığa namizədi Əhməd Vəliyevə səs verəcəklərini bildiriblər.

Digər xəbərlər