PDF Oxu

Araşdırma

  • 11

Yeni Azərbaycan Partiyası demokratik dəyərlərin təminatçısıdır

Yeni Azərbaycan Partiyası demokratik dəyərlərin təminatçısıdır
Dünən YAP tərəfindən 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi irəli sürülən Zəfər Qurbanovun "Sənayeavtomatika" İB-də seçicilərlə növbəti görüşü keçirilib. 100-ə yaxın seçicinin iştirakı ilə keçirilən görüşdə çıxış edən deputatlığa namizədin səlahiyyətli nümayəndəsi Azər Süleymanov YAP-ın 23 saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyi irəli sürülən Zəfər Qurbanovun fəaliyyətindən, seçki platformasından seçicilərin diqqətinə hərtərəfli məlumatlar çatdırmışdır. Bildirmişdir ki, Zəfər Qurbanov ictimai-siyasi fəaliyyəti ilə daim cəmiyyətdə gedən demokratik proseslərə, vətəndaş cəmiyyəti quruculuğuna öz töhfələrini vermişdir. Azər Süleymanov Yeni Azərbaycan Partiyasının ölkəmizdə aparıcı qüvvəsinin olmasından danışmış və partiyanın seçki şüarında əksini tapan "Güclü dövlət, yüksək rifah"dan söhbət açmışdır. Bildirmişdir ki, bu şüar Azərbaycanın əldə etdiyi yüksək sosial-iqtisadi uğurları ilə ahəngdarlıq təşkil edir. Çıxışının sonunda A.Süleymanov görüş iştirakçılarını fəal olmağa və YAP-ın namizədinə səs verməyə çağırdı. YAP tərəfindən Nəsimi-Səbail seçki dairəsindən namizədliyi irəli sürülən Zəfər Qurbanov seçicilər qarşısında çıxış edərkən, ilk öncə, partiyanın seçki siyahısı üzrə namizədliyini irəli sürdüklərinə görə, YAP-ın rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd etdi ki, hər zaman partiyaya, onun siyasi xəttinə sədaqətli olub və deputat seçilib-seçilməyindən asılı olmayaraq, daim bu kursa dəstəyini əsirgəməyəcək. Z.Qurbanov Azərbaycanın iqtisadi uğurlarından və əhalinin yaşayış durumunun yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlardan da danışdı: "Azərbaycan beynəlxalq maliyyə qurumlarının hesabatlarında öz iqtisadi inkişaf temipinə görə, lider ölkə kimi dəyərləndirilir. Azərbaycan iqtisadiyyatının inkişaf etməsində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin zamanında həyata keçirilməsi istiqamətində verdiyi mühüm və cəsarətli qərarların mühüm rolu olub. Məhz həmin qərarların nəticəsidir ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş kimi qiymətləndirilir. Ölkədə daxili məhsulun istehsalının artması və sahibkarlığın inkişaf etdirilməsinə öz təsirini göstərir. Hər il Azərbaycan dövləti tərəfindən sahibkarlara milyonlarla manat güzəştli kreditlərin verilməsi isə yeni istehsal müəssisələrinin yaranması ilə müşayiət olunur". Z.Qurbanov seçicilərin ona etimad göstərəcəkləri təqdirdə, onları Milli Məclisdə layiqincə təmsil edəcəyini və problemlərinin həlli üçün dövlət qurumları qarşısında ciddi məsələlər qaldıracağını bildirdi.

Digər xəbərlər